14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurub

Beyləqanda məktəbliləri maşın vurub. APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar – 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü […]

«Bizə aviadaşıyığı yox, onları batıra bilən silah lazımdır…» – Sergey Şoyqu

Sentyabrın 22-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə KİV-nə verdiyi müsahibədə bildirib ki, Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı durmaq üçün ölkəsinə aviadaşıyıcı yox, aviadaşıyıcları suda batıra biləcək silah lazımdır – bu, həm effektli olar, həm də ucuz başa gələr. Bir neçə gün bundan əvvəl Rusiya Sakit okeanda «Omsk» atom sualtı qayığı P-700 «Qranit» gəmi əleyhinə raketin uğurlu […]

Bakının neft emalı zavodu işini dayandırıb

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb. Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”. “İlk növbədə neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti […]

“Bizə mane olmaq istəyənlər var idi” – DEPUTAT

“AzPolitika.info” Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müsahibəni təqdim edir: – Fəzail bəy, Qarabağ qaziləri ilə Azərbaycan Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları arasında yaranan qarşıdurma birmənalı qəbul edilmir. Sizin bu hadisəyə münasibətiniz necədir? – Mənim baş verən hadisəyə münasibətim yaxşı deyil, düşünürəm ki, bu məsələ araşdırılmalı, əsl səbəb ortaya […]

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının oktyabr REPERTUARI-FOTOLAR

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 110-cu teatr mövsümünün oktyabr ayı üçün repertuar planı açıqlanıb.  Teatrın repertuarını təqdim edirik: 4 oktyabr İ.Sadıqov “Molla Nəsrəddinin beş arvadı” (19:00), 5 oktyabr E.Sabitoğlu, Y.Şvarts “Qırmızı papaq” (rus dilində) (12:00), 5 oktyabr O.Kazımi, R.Heydər “Qızıl toy” (19:00), 6 oktyabr A.Rıbnikov, A.Tolstoy “Buratino” (12:00), 6 oktyabr Elçin, F.Allahverdi “Baladadaşın toy hamamı” […]

Azərbaycan Cənubi Qafqazda birincidir – “Fitch Ratings”

Azərbaycan 2019-cu ilin III rübünə olan “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin növbəti hesabatında müsbət mövqeyini qoruyub və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib. Maliyyə Bazarlarında Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur. Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici […]

Bakı və Abşerondakı bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb

2019-cu ilin sentyabr ayında respublika ərazisində və Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müşahidələrin nəticəsi açıqlanıb. Kompleks Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsindən APA-ya verilən məlumata görə, “Zığ-1” sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Məlumata əsasən, Binəqədi I mədən […]

Hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən, birlik, birləşmə və hissələrdə tədbirlər həyata keçirilir. Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Tədbirlərdə xidmət müddətində fərqlənmiş […]

“Qarabağ”ın iki futbolçusu “Top-100”-ə daxil olub

Avropa Liqasında çıxış edən futbolçuların reytinq cədvəli açıqlanıb. APA-nın məlumatına görə, II turun dünən keçirilən oyunları “Fedeks” şirkətinin indekslərinə əsasən tərtib olunan cədvəldə ciddi dəyişikliklərlə nəticələnib. Bu, Azərbaycan təmsilçilərinin mövqeyinə də təsir edib. Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edən ölkə çempionu “Qarabağ”ın futbolçuları siyahıda böyük irəliləyişə nail olublar. Ağdam klubunun ən yaxşısı olan Dani […]

Tanınmış jurnalist əməliyyat olundu

Tanınmış jurnalist, “İki sahil” qəzetinin şöbə müdiri Elçin Zaman Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Jurnalistin döş qəfəsində aşkarlanan şiş cərrahi əməliyyatla götürülüb. Əməliyyatı mərkəzin Torakal şöbəsinin müdiri, təcrübəli cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əbülfəz Soltanov uğurla başa çatdırıb. Elçin Zamanın sözlərinə görə, bundan sonra tibbi müayinə və müalicə proseslərinin davam etdirilməsi nəzərdə tutulub. Jurnalist bildirdi ki, vəziyyəti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031