Dolların sabahkı məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 30-na olan məzənnəsini açıqlayıb. 30.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı nazirlikdə keçirilən dəyirmi masada bildirilib. Dəyirmi masada məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər, icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, “Elektron icra” informasiya sisteminin tətbiqi qeyd olunub, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının […]

Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb. “Report” xəbər verir ki, mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub. Bundan başqa, Nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq. Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə Nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub. Adı çəkilən şöbənin […]

Qayıqda baş verən partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır

Səhiyyə Nazirliyi bu gün Xəzərdə SOCAR-ın qayığında baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında partlayış olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın […]

“Əl-Bağdadinin yerinə keçdiyi ehtimal olunan şəxs məhv edilib” – Tramp

“Terrorçu İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yerinə keçdiyi ehtimal olunan əsas şəxs ABŞ hərbçiləri tərəfindən məhv edilib”. “Report” “Hurriyet”ə istinadən xəbər verir k, bunu ABŞ prezidenti Donald Tramp oktyabrın 29-da “Twitter” səhfəsində yazıb. Qeyd edək ki, Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunub.

Azərbaycanlı futbolçunun qətldə təqsirləndirilən atasına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında […]

SOCAR-ın kəşfiyyat qayığında partlayış: 1 ölü, 3 yaralı

29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. SOCAR-dan “Cümhuriyyət”ə bildirilib ki, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu […]

“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini mükafatlandırıb

Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib. Şirkətdən “Cümhuriyyət”ə verilən məlumata görə, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində “Nar” tərəfindən 200 manat məbləğində aylıq təqaüd ayrılıb. “Azerfon”un […]

Azərbaycan və Belarus Müdafiə nazirlərinin görüşü olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında […]

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 31-də Vəkillər Kollegiyası ilə birlikdə Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 245 nəfər qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahan kompüter vasitəsilə elektron qaydada aparılacaq. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen   Noy »
 123456
78910111213
14151617181920
21222324252627
28293031