“ABŞ-ın mənasız müharibələrdən çıxmasının vaxtı gəlib” – Donald Tramp

“ABŞ-ın mənasız, axmaq müharibələrdən çıxmasının vaxtı gəlib”. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildlirib. Qeyd edək ki, Donald Tramp ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxması barədə verdiyi əmr icra edilir.

Rusiya neft qiymətinin 50 dollar məbləğini ədalətli sayır

Neftin bir barelinin ortamüddətli perspektivdə 50 dollara satılmasını ədalətli qiymət hesab etmək, amma əvvəllər 100 dolları aşan yüksək qiymət səviyyəsi barədə unutmaq olar. “Report” “Reuters”-a istinadən xəbər verir ki, bu barədə bildirən RF energetika naziri Aleksandr Novak İran və Venesuelada hasilatın azalması müqabilində ABŞ daxil olmaqla bəzi ölkələrdə artması nəzərə alınsa, uzunmüddətli gələcəkdə də qiymətlərin […]

Tağıyevin heykəlinin açılışı Novruz bayramında olacaq

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışını Novruz bayramında etməyi düşünürük”. Bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib. X.Əhmədov heykəlin hazırlanma prosesinin başlandığını bildirib: “Eskizdən sonra bir metr hündürlükdə işçi model hazırlanır, həmin model artıq hazırdır. Bundan sonra işçi model böyudülərək əsas ölçülər alınır. Yəqin […]

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb – FOTOLAR

Azərbaycan Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan 3 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 491 683,87 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb. Çıxarılmış qərarlara uyğun […]

Sabah Milli Məclisin plenar iclası keçiriləcək

Milli Məclisin payız sessiyasının növbəti iclasının vaxtı müəyyənləşib. APA-nın əldə etdiyi məlumata görə, sabah – oktyabrın 8-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyi yaxın saatlarda açıqlanacaq. Qeyd edək ki, iclas əvvəldən oktyabrın 18-nə təyin olunsa da, vaxt dəyişdirilərək, oktyabrın 8-nə keçirilib.

Beynəlxalq aviaşirkət Bakını ayın şəhəri seçib

Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib. “Report”un Dövlət Turizm Agentliyinə istinadən verdiyi xəbərə görə, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib. Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq […]

«Tramp dövlət başçısı olmağa yaramır» – Co Bayden

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, növbəti prezident seçkilərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) fəaliyyətdə olan prezidenti Donald Trampın rəqibi olacaq Co Bayden hesab edir ki, Tramp hakimiyyətin verdiyi səlahiyyətlərdən sui-istifadə edir. Baydenin sözlərinə görə, «Trampın hakimiyyətdən sui-istifadə etməsinin sübutları getdikcə çoxalır» («The Washington Post»). Sabiq vitse-prezident hesab edir ki, Trampı yalnız şəxsi maraqları narahat edir və […]

Gürcüstanla birlikdə “Keşikçidağ”da tədbirlər keçiriləcək

Mədəniyyət Nazirliyi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Gürcüstan ilə birlikdə tədbirlər keçirməyi planlaşdırır. Nazirlikdən “Cümhuriyyət”ə bildirilib ki, bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində […]

55 avtobus sürücüsü cəzalandırıldı: SƏBƏB

Avtobusda sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub. Bu barədə “Cümhuriyyət”ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 nəfər avtobus sürücüsü cərimələnib. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam […]

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Bu gün 2019-cu il Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Uilyam G. Kelin, Piter J. Ratkliffe və Qreqq Semenzaya verilib. Onlar bu mükafata hüceyrələrin oksigenin varlığını hiss etməsi və ona uyğunlaşması ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031