Qanunsuz mitinqlə bağlı 14 avtobusun hərəkət sxemi dəyişdirildi – DİQQƏT

Qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) “Cümhuriyyət”ə məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən […]

Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb

Rusiyanın Yaroslavl vilayətində dəhşətli yanğın baş verib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rostov rayonunda baş vermiş yanğında yeddi nəfər ölüb. Yanğın oktyabrın 10-na keçən gecə çoxmənzilli binada qeydə alınıb. Ölənlərdən beşi uşaqdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

“SOCAR AQŞ” Ankarada ofis açıb

Oktyabrın 18-də Ankarada “SOCAR AQŞ”nin ofisinin açılış mərasimi keçirilib. “Report” xəbər verir ki, şirkətin Ankara ofisində ilk tədbir 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilib. Mərasimdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar, “SOCAR AQŞ”nin baş direktorunun müşavirləri Tofiq Məhəmmədov və […]

Belarus Rusiya ilə inteqrasiyadan imtina edə bilər – XİN başçısı

«AzPolitika.info»-nun Belarus KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Vladimir Makey bəyan edib ki, Belarus cəmiyyəti istədiyi halda Rusiya ilə ittifaqın məqsədəuyğunluğu məsələsini qaldıra bilər. «Əgər cəmiyyət bu və digər sazişi məqsədəuyğun hesab etməsə, o zaman bu məsələni ölkə rəhbərliyi qarşısında qaldıra bilər» – deyə, nazir «Belarus və Rusiya dövlətlərinin İttifaqda birləşməsi ümumiyyətlə, […]

Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. “APA-Economics”in məlumatına görə, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,73% artaraq 2,358 ABŞ dolları təşkil edib.

Sabah yağış yağacaq – PROQNOZ

Oktyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə “Cümhuriyyət”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda […]

Mətbuat Şurasından icazəsiz mitinqlə bağlı ÇAĞIRIŞ

Müxalifət nümayəndələrindən ibarət Milli Şura oktyabrın 19-da metronun “28 May” stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib. Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib. “Cümhuriyyət”ə daxil olan müraciətdə bildirilib ki, Mətbuat […]

Metronun üç stansiyası bu gün bağlı olacaq – SƏBƏB

“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb. Bu barədə “Cümhuriyyət”ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərar strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə alınıb: “Özünü Demokratik Qüvvələrin […]

Səkidə quraşdırılan kitab köşkünün sökülməsi ilə bağlı açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti bir neçə gün öncə Bakının Nərimanov rayonunda SOCAR-ın Elmi-Tədqiqat İnstitutunun yanındakı səkidə quraşdırılan kitab köşkünün sökülməsi ilə bağlı açıqlama verib. Departamentdən “Report”a daxil olan açıqlamada bu tip təşəbbüslərin, layihələrin dəstəkləndiyi vurğulanıb. “Bu tipli təşəbbüsləri rəsmi prosedur qaydalarına əməl etdikdən sonra dəstəkləyirik”, – deyə məlumatda bildirilib.

UEFA “Qarabağ”ı cərimələyib – Erməni təxribatı ilə bağlı açıqlama verilməyib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib. Avropa futbol qurumunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakı 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031