Qoşa Qala qapıları bərpa olunub

İçərişəhərin Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, […]

“Hərbçilərin pensiyaları artımlarla birgə yaxın günlərdə ödəniləcək” – Nazirlik

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron […]

“Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm” – Xanhüseyn Kazımlı (VİDEO)

Milli Məclisin deputatı Xanhüseyn Kazımlının sosial şəbəkələrdə yayılan videosu birmənalı qarşılanmayıb. Unikal.org-a açıqlama verən deputat sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib: “Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər”.

Füzulidə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlara həsr olunan ümumrayon müşavirəsi keçirildi

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi islahatlara həsr olunan ümumrayon müşavirəsi keçirildi. “Cümhuriyyət” xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkiatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sadə vətəndaşlar iştirak etdilər. Müşavirədə çıxış edən Alı Alıyev Ulu […]

Türkiyəli professor: “TANAP və STAR Azərbaycan və Türkiyə üçün geosiyasi uğur və gəlir gətirir”

“Trans-Anadolu Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir”. Bunu “Report”a türkiyəli professor Sedat Aybar bildirib. O, hər iki layihənin faydalarını vurğulayıb: “Məsələn, STAR zavodu inşaatın pik vaxtında 3 mindən çox mühəndis olmaqla 14 ölkədən 19 500-ə yaxın işçini işlə təmin edib. STAR zavodu neft-kimya […]

MDB Müdafiə Nazirləri Şurasının Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri […]

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb. İcmadan daxil olan bəyanatda deyilir: “Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış […]

İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib. APA-nın xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım. Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu gün qardaş […]

Günün məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 2019-cu ilin oktyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, avro 1,8859 manata, 1 türk lirəsi 0,2967 manata enib, Rusiya rublu isə 0,0267 manata yüksəlib.

Fədayə Laçın azadlığa buraxılıb

Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa buraxılıb. “Report”un xəbərinə görə, həbs müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib. Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031