Azərbaycanda 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər sağalıb, 3 nəfər vəfat

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat […]

Yoluxma sayı yenidən artır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 […]

Türkiyə ordusunun generalı Suriyada vəfat edib

Türkiyə Silah Qüvvələrinin Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutması nəticəsində vəfat edib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, 2020-ci il sentyabrın 9-da general Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib: “O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə […]

Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya səfərinin tarixi bəlli olub. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə bildirib. Diplomatik mənbənin verdiyi məlumata görə, Belarus Prezidenti sentyabrın 14-də Moskvaya gedəcək. Rusiya Prezientinin mətbuat katibi Dmitri Peskov isə səfərin tarixi barədə məlumat verməsə də, səfərlə bağlı hazırlıqların getdiyi bildirib. Qeyd edək ki, ötən həftə […]

Sabiq oliqarxların sərvəti, büdcədən oğurlanan milyardlar: Fikrət Yusifov “Canlı yayın”da

Bu gün Musavat.com saytının canlı yayımda Facebook və Youtube platformalarında həyata keçirdiyi, aparıcı Nərgiz Liftiyevanın təqdimatında baş tutan “Müzakirə Masası” verilişində son illər işdən çıxarılan oliqarx-məmurların sərvəti,  vəzifədə olduğu dövrdə büdcədən oğurladıqları milyardlar, onların müsadirə olunub dövlət büdcəsinə köçürülməsi, məmurların gəlirlərinə nəzarət mexanizmi, hüquqi tənzimləmə yolları vəc sair mövzular müzakirə olunacaq. Hazırda başlayan yayında iqtisadçı alim, […]

Messi kollektiv məşqlərə qoşuldu

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb.  “Report”un Kataloniya təmsilçisinin rəsmi “Twitter” hesabına istinadən məlumatına görə, artıq argentinalı hücumçu kollektiv məşqlərdə iştirak edir. Fərdi məşqlərə isə o, sentyabrın 7-də start vermişdi. Qeyd edək ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb. Bir […]

Abşeronda qadına qarşı quldurluq edən şəxslər tutuldu

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin […]

Sabaha gözlənilən hava şəraiti PROQNOZ

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal- şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer […]

Baş Prokurorluq növbəti maarifləndirici videoçarx hazırlayıb

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsbd edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti […]

MM komitəsinin işlər planına daxil edilən qanun layihələri məlum olub

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin 2020-ci il payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub. “Report” xəbər verir ki, bunu komitənin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına iki məsələ daxil edilib: “Bunlar “Turizm haqqında” və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930