“Fitch”: Ermənistan istiqrazları daxili problemlərlə daha da dəyərsizləşib

Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın daha yaxşı öhdəsindən gələ biləcəyini göstərir. “Report” xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”in hesabatında bildirilib. Məlumatda qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər […]

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi – FOTO

Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməsi fonunda erməni vandalizminə məruz qalan bir sıra tarixi abidələrimizin əvvəlki və indiki görüntüsünü əks etdirən paylaşımlar yayılır. Onlardan biri də Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Paylaşımlardan məlum olur ki, biz zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan bu yer işğal müddətində vəhşicəsinə dağıdılıb. Qeyd edək ki, […]

Türkiyədə saxta içki istehsal edən qruplaşmanın lideri ələ keçirilib

Türkiyədə saxta içki istehsal edən qruplaşmanın lideri ələ keçirilib. AZƏRTAC xəbər verir ki, bu ilin on ayı ərzində Türkiyədə saxta içki istehsal edən qruplaşmaya qarşı 19 genişmiqyaslı əməliyyat keçirilib. Son əməliyyat zamanı qruplaşmanın lideri saxlanılıb. Bu əməliyyatlar nəticəsində minlərlə ton saxta içki və ya bu içkilərin hazırlanmasında istifadə olunan maddələr aşkarlanaraq müsadirə edilib. Qruplaşmanın İstanbulla […]

“Tam qələbə üçün bir şey qalmayıb, şad xəbərlər bizi gözləyir” – Polkovnik

“Bu dəqiqə Ermənistanda hakimiyyət yoxdur. Ordu özbaşına, prezident özbaşına, baş nazir özbaşına, xalq özbaşına… Hərə öz hayındadır”. Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik Məhərrəm Cahangirov deyib. Polkovnik bildirib ki, Azərbaycan xalqı ayağa qalxıb və artıq oturmaq istəmir, tam qələbəyə qədər bu davam edəcək: “Ermənistan ordusu bilmir hara gizlənsin, cəbhə bölgəsindən necə qaçsın. Nikol Paşinyan nə qoşunlarını idarə […]

Ansi Aqolli: “Gəncə güclüdür”

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə “Qarabağ”ın sabiq oyunçusu Ansi Aqolli də biganə qalmayıb. “Report”un məlumatına görə, hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı sol cinah oyunçusu bununla bağlı özünün “Instagram” səhifəsində paylaşım edib. Albaniyalı müdafiəçi üzərində “Ganja Strong! və Pray for Ganja” (Gəncə güclüdür və Gəncə üçün […]

Sahibə Qafarova BMT nümayəndəsilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Bu barədə Musavat.com-a Milli Məclisin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Spiker qonağı salamlayaraq deyib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verir. O, təşkilatın Bakıdakı ofisinin ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq […]

Ermənistan millisində koronavirus aşkarlandı, karantin qaydaları pozuldu

Ermənistan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Estoniya ilə səfər matçı öncəsi karantin qaydalarını pozub. “Report” “Soccernet” nəşrinə istinadən xəbər verir ki, oyun günü millinin nümayəndələrindən birində koronvirus aşkarlanıb. Buna baxmayaraq, komanda üzvləri təcrid qaydalarına əməl etməyərək, Tallində fəaliyyət göstərən erməni kilsəsini ziyarət edib, həmçinin paytaxtda fəaliyyət göstərən “Ararat” klubunun oyunçuları və onların […]

Azərbaycan neftinin qiyməti 42 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,87 ABŞ dolları, yaxud 2,1% artıb. “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,57 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]

Sinan Akçıl Azərbaycan üçün çağırış etdi: “Bir az daha hissiyyatlı olun”

Türkiyənin tanınmış sənətçisi Sinan Akçıl da Azərbaycan üçün dəstək nümayiş etdirib. Musavat.com bildirir ki, müğənni Sinan Akçıl öz “İnstagram” səhifəsində Azərbaycanın işğaldan azad olunmuş ərazisində bayrağımızın dalğalandırıldığı kadrları paylaşaraq, qeyd edib: “Gerçək qəhrəmanlıq izləmək istəyirsinizsə, bu kadrlara baxın”. Sinan Akçıl daha sonra Ermənistanın Gəncədə törətdiyi terrordan söz açıb, sənət dostlarını Azərbaycan üçün daha hissiyyatlı olmağa çağırıb: “Bütün […]

“Müharibə etməyək, vətənimiz işğalda qalsın?!” – tanınmışlardan pasifistlərə sərt cavab…

Pasifistlər – yəni müharibə əleyhinə çıxanlar hər zaman olub. Onların arasında hətta dünya şöhrətli yazıçıları da, alimləri və intellektualları da görmək olur. Pasifist olmağı kimsə qadağan etmir. Haradasa onların düşüncələri insanpərvər, sülhsevər görünür. Başadüşüləndir ki, bu mövqedə olan adamlar qan, göz yaşı, ölüm-itim istəmirlər. Xub! Amma söz Qarabağ savaşına gələndə pasifistlik məsələsi bir qədər fəlsəfəsini […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031