Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri həyata keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 […]

Pentaqon hərbçilərini Somalidən çıxarmağa başlayıb

Amerika qoşunlarının Somalidən çıxarılması və Şərqi Afrikadakı digər bazalara köçürülməsinə başlanılıb. “Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. ABŞ qoşunlarının Afrikadakı komandanı, general Stiven Taunsend deyib ki, artıq amerikalı hərbçilərin Somalidən Şərqi Afrikadakı digər bazalara yerləşdirməsi ilə bağlı müvafiq əmr verib. Qeyd edək ki, ABŞ hərbçiləri 2017-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində ölkə […]

Bu gündən İsraildə COVID-19-a qarşı kütləvi peyvəndləşmə aparılır

Bu gün səhərdən İsraildə COVID-19-a qarşı kütləvi peyvəndləşmə aparılır. APA bildirir ki, bu barədə Kan telekabalı məlumat yayıb. Məlumata görə, ilkin olaraq daha çox risk qrupunda olan tibb işçiləri peyvənd ediləcək. Daha sonra isə sırada tələbələr və vətəndaşlarla daha çox ünsiyyətdə olan dövlət qulluqçuları gəlir.

Koronavirusun mutasiyası əvvəlkindən 70 faiz daha yoluxucudur

Avropa təlaşda – Hollandiya İngitərədən gələn uçuşları dayandırıb Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ortaya çıxmaqda olan yeni koronavirus mutasiyası ilə əlaqədar İngiltərədəki səlahiyyətlilərlə “sıx təmasda olduqlarını” açıqlayıb. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, yeni mutasiya orijinal virusdan daha sürətli yayılır, lakin daha ölümcül sayılmır. Paytaxt London da daxil olmaqla Cənub-Şərqi İngiltərənin geniş sahələrində, virusun yayılmasının […]

Viktoriya Bekhem zəhərlənib

Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem civədən zəhərlənib. “Report” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Viktoriya Bekhemin bu yaxınlarda başladığı balıq pəhrizidir. Belə ki, pəhriz zamanı müğənni qida rasionuna qılınc balığı da daxil edib. Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandır. Müğənni özünü […]

Türkiyə MN: “Rusiya-Türkiyə Birgə Mərkəzinin Ağdamda fəaliyyətə başlaması üçün fəaliyyətimiz davam etməkdədir”

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”. APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib. Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam […]

“Prezidentin son çıxışından hər kəs özü üçün mesajını götürdü” – Cavanşir Feyziyev

“Cənab Prezidentin MDB dövlət başçılarının toplantısındakı çıxışında səsləndirdiyi fikirlərdən hər kəs özü üçün mesajlarını götürdü. Xüsusilə, Ermənistandakı siyasi vəziyyətlə bağlı. Prezident bildirdi ki, Koçaryan-Paşinyanın və onlara yaxın siyasi qüvvələrin revanş götürməsi gələcək sülhə təhlükədir. Ermənistan siyasətində elə bir vəziyyət yaranıb ki, kiminsə hakimiyyətə gələrək ölkəni hansısa məcraya yönəldə bilməsi real görünmür”. Bu fikirləri Milli Məclisin deputatı […]

ÜST: Gələn il pandemiyanı dayandırmaq mümkün olacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç koronavirusun 2021-ci ildə yox olması variantına şübhə ilə yanaşır. “Report” xəbər verir ki, bu barədə o, Azərbaycan əsilli jurnalist Nailə Əskərzadənin “Rossiya 1” telekanalında yayımlanan “Təhlükəli virus. Birinci il” verilişinə müsahibəsində deyib. Vuynoviç pandemiyanı artıq növbəti il dayandırmağın mümkün olacağına ümidini ifadə edib, ancaq ÜST rəsmisi […]

Çili prezidenti çimərlikdə maska taxmadığına görə cərimələndi

Çili prezidenti Sebastyan Pinera ictimai yerdə qoruyucu maskadan istifadə rejiminin pozulmasına görə 2,5 milyon peso (təxminən 3,5 min ABŞ dolları) məbləğində cərimə edilib. “Report” xəbər verir ki, bu Valparaiso regionunun Səhiyyə Nazirliyi tvitterdəki səhifəsində məlumat yayıb. Qeyd edilir ki, dövlət başçısı özü qaydanı pozması haqqında bildirib. Daha əvvəl Çili prezidentinin çimərlikdə yad qızla çəkdirməsi ölkədə böyük rezonans […]

Ərdoğandan maraqlı addım: “Qəfildən çörək sexinə gedib… ” – Fotolar

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəfildən bir çörək sexini ziyarət etməsi böyük maraqla qarşılanıb. Müsavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident İstanbuldakı iqamətgahına gedərkən Çəngəlköydə avtomobilindən düşərək, çörək sexini ziyarət edib. Ərdoğan sexdən kəpəkli çörək, noxudlu çörək və simit də daxil olmaqla bir neçə məhsul alıb. Sexin sahibi Canik Askeroğlunun sözlərinə görə, Prezident onunla […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031