Şahmar Mövsümov: “Koronavirusla mübarizədə də Prezidentin dediyi dəmir yumruq lazımdır”

“Prezidentin dediyi dəmir yumruq koronavirusla mübarizədə də lazımdır”. APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş. Mövsümov deyib ki, bu dəmir yumruq koronavirusla mübarizədə də mühüm rol oynayacaq.

Prezidentin köməkçisi: “Azərbaycan peyvəndlərlə bağlı danışıqlar aparır”

“Biz dünyada vaksinlə, peyvəndlə bağlı prosesləri izləyirik və danışıqlar aparırıq”. “Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib. “Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər vaxt lazımdır və onların böyük həcmdə qısa müddətdə hazırlanması hələ ki, mümkünsüzdür. […]

Prezidentin köməkçisi evdə özünü müalicə edən koronavirus xəstələrinə müraciət etdi

“Bəzi hallarda insanlar evdə özünü müalicə ilə məşğul olurlar və ağırlaşan zaman xəstəxanaya müraciət edib reanimasiyaya yerləşdirilirlər”. “Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib. “Dövlət bu gün pulsuz tibbi xidmət göstərir, ona görə də […]

Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlanıb

Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını açıqlayıb. Musavat.com həmin siyahını təqdim edir: 1. Səhiyyə və sosial xidmət sahələri üzrə: 1.1. elmi-tədqiqat və laborator xidmətləri; 1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; 1.3. baytarlıq xidmətləri; 1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin […]

Lük Holts: “Matçları yeni stadionda keçirmək istəyirik”

“Lüksemburqda çoxlu serbiyalı və portuqaliyalı yaşayır. İrlandiyanın da çoxlu sayda azarkeşi var”. “Report”un məlumatına görə, bu fikirləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts “Wort.lu” saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 51 yaşlı mütəxəssis matçlarda azarkeşlərin iştirak etməsinin tərəfdarı olduğnu bildirib: “Ümid edirəm ki, oyunları yeni stadionda və azarkeşlər qarşısında oynaya biləcəyik. Bundan əlavə, […]

4 387 yeni yoluxma faktı qeydə alınıb

Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Musavat.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. COVID-19 testinin […]

Hikmət Hacıyev: “Vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər”

“Azərbaycanda da koronavirusun yayılmasını müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma halı adi hal alır”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. […]

Prezidentin köməkçisi: “Hazırda 919-dan artıq hərbçimizin müalicəsi davam etdirilir”

“Koronavirusun artma tendenisyasını nəzərə alaraq Azərbaycanda sərtləşdirilmə ilə bağlı qərarlar qəbul edilib. Burada əsas mqəsəd insanların sağlamlığının qorunması və yoluxmaların sayının azaldılmasıdır”. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, səhiyyə […]

Bütün ticarət obyektlərində müştərilərə yalnız onlayn satışa icazə veriləcək

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş və xidmətlər dayandırılacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a məlumat verilib. Məlumatda bildirilib ki, bütün […]

Operativ Qərargah: Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a məlumat verilib. Məlumatda bildirilib ki, Operativ Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünün və ailəsinin sağlamlığı naminə COVID-19 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031