İdman Kompleksinin tikintisinin başa çatdırılmasına 7,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün […]

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jaonu qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Naxçıvan Dövlət Universitetinə rektor təyin edilib

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

“Nar” “Bakutel 2019″da interaktiv stendi ilə iştirak edir

Azərbaycanın ən gənc mobil rabitə operatoru “Nar” dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2019” – Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci yubiley sərgisində interaktiv stendi ilə iştirak edir. “Nar”dan “APA-Economics”ə verilən məlumata görə, mobil rabitə operatorun abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı […]

Bir neçə partiya parlament seçkilərində iştirak məsələsini müzakirə edib

Bu gün bir neçə müxalifət partiyasının nümayəndələri növbəti dəyirmi masa keçirərək, növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər. APA-nın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi partiya və təmsil olunduqları Milli Şuranın bəyanatının olduğunu xatırladıb, bildirib ki, bəyanatdakı şərtlər qəbul edilməsə, seçkini boykot edəcəklər. ReAL Partiyasının funksioneri Natiq Cəfərli, politoloq Hikmət […]

Balakəndə meşədən asılmış qadın meyiti tapılıb

Balakəndə meşədən meyit tapılıb. APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Ötən ay Gürcüstana 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. İllik müqayisədə qonşu ölkəyə yollanan əcnəbilərin sayı 12% artıb. Turist səfərlərinin sayı isə 338 831 təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur. Noyabr ayında Gürcüstan Rusiyadan 82 029 ziyarətçi qəbul edib. […]

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir. Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb […]

“TANAP dostluq layihəsidir” – Azərbaycan Prezidenti

“Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışını qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostluğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir”. “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın […]

İcbari tibbi sığorta haqları nə vaxtdan yığılacaq?

Milli Məclisin 03 dekabr 2019-cu il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) dəyişikliklər qəbul edilib. Bu barədə “Cümhuriyyət”ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031