Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların dekabrın 19-na olan məzənnəsini açıqlayıb. 19.12.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Deputat Araz Əlizadə xəstəxanaya yerləşdirilib

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanada müalicə olunur. APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə “Caspian International Hospital”a yerləşdirilib. Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Məlumatı “Caspian International Hospital”dan APA-ya təsdiqləyiblər. Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

“Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır” – Rusiya XİN

“Əsir və girovların dəyişdirilməsi həmişə olduğu kimi, indi də gündəmdədir”. “Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə deyib. “Azərbaycan, Rusiya və Ermənistan xariçi işlər nazirlərinin bu ilin aprel ayında Moskvada keçirilmiş görüşündə bu məsələ müzakirə olunub. Qeyd edim ki, bu cür aksiyaları əsir […]

“İçərişəhər” İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi

İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Bu barədə “Cümhuriyyət”ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu qərar Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında verilib. Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və […]

Moskvada 63 illik temperatur rekordu qırılıb

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 2,9 dərəcəyə yüksəlib. APA-nın xəbərinə görə, bu barədə İnterfaks Rusiyanın Hidrometeorologiya mərkəzinə istinadən məlumat yayıb. Bildirilib ki, bununla da Moskvada 63 illik temperatur rekordu qırılıb. Belə ki, 1956-cı ilin dekabrın 18-də Moskvada 2,8 dərəcə temperatur qeydə alınıb. Dekabrın 18-də Moskvada ən yüksək temperatur 1886-cı ildə (+5,3) müşahidə olunub. […]

Gələn ildən Azərbaycanda bina tikənlər ƏDV ödəyicisi hesab olunacaq

Milli Məclisin noyabrın 29-da qəbul etdiyi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla Azərbaycanda bina tikintisi fəaliyyətinin vergiyə cəlb edilməsi ilə bağlı qaydalara bəzi dəyişikliklər edilib. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi […]

Vaqif Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Vaqif Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru […]

Qaxda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət […]

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisi görüşünün tarixi açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında Tbilisidə keçiriləcək görüşün tarixi məlum olub. “Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səkkizinci üçtərəfli görüş dekabrın 23-nə təyin olunub. Üçtərəfli görüşlə yanaşı, XİN başçıları arasında ikitərəfli görüşlər də nəzərdə tutulub. Qeyd edək ki, Tbilisidə bu il oktyabrın 16-da […]

Azərbaycanda dopinqdən istifadə edən idmançılar: qayda pozuntuları hansılardır? – RƏSMİ

Ümumdünya Antidopinq Agentliyinin (WADA) rusiyalı idmançıları 4 il müddətində Olimpiada, Paralimpiada və dünya çempionatlarında öz bayraqları altında yarışmaq hüququndan məhrum etməsi barədə məlumat vermişdik. Maraqlıdır, Azərbaycanda antidopinq qayda pozuntusu nələr sayılır? Bu qayda pozuntusuna yol verən idmançıları hansı cəza gözləyir? Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Lent.az -a bildirilib ki, qurum 2016-cı ildə idmanda dopinqə qarşı mübarizə aparan milli […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031