“Şücaətə görə” medalı hərbi pilot Rəşad Atakişiyevin ailəsinə təqdim olunub

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib. Müdafiə Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən nazir müavini bildirib […]

Bakıda bu marşrut xətti ləğv edildi, 2 yenisi yaradıldı və … – DİQQƏT

Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə (BNA) çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Bu barədə “Cümhuriyyət”ə BNA-dan məlumat verilib. Bildirilib ki, qəsəbə sakinlərinin “Elmlər Akademiyası” m/st, Statistika komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və “Dərnəgül” m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında […]

Xudat–Şahdağ dəmir yolu xətti üçün 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin […]

“2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub” – Müdafiə naziri

“Dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin edir. Görülən işlər bütün sahələrdə olduğu kimi ordu quruculuğu prosesinə də müsbət təsirini göstərib. Əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub”. Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib. […]

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

Bakcell şirkəti və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə bayram şənliyi təşkil edib. “ASAN Məktub” layihəsinin “Bakcell”in tərəfdaşlığı və “Personaj Agency”nin dəstəyi ilə keçirilmiş növbəti təşəbbüsünün məqsədi leykemiyadan əziyyət çəkən 35 uşağa bayram sevincini bəxş etmək idi. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi […]

Deputatların maaşları donduruldu

Argentina Konqresinin hər iki palatası deputatların maaşlarını 180 gün müddətinə dondurmaq qərarına gəlib. Bu barədə xarici KİV-lər xəbər verir. Məlumata görə, parlament bir həftə əvvəl yekdilliklə iqtisadi fövqəladə vəziyyət elan edib və maaşlarının dondurulmasının lehinə səs verib. Qətnamədə deyilir: “Xalqın nümayəndələri bütövlükdə cəmiyyətin iqtisadiyyatı düzəltmək üçün səylərinə dəstək verməlidir. Bu qərar həmrəylik etikasına və reallığa […]

Gələn il pensiyalar 15 faiz artacaq

“Azərbaycanda minimum pensiyanın 72 faiz artımı orta aylıq pensiyanın artımına 15 faiz təsir göstərib. Növbəti ildə də pensiyaların orta aylıq məbləğində 15 faiz artım gözləyirik”.  Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, sosial sahədə islahatlar 2020-ci ildə də davam etdiriləcək.

ReAL seçkidə iştirakdan imtina edə bilər – İlqar Məmmədov bəyanat yaydı

“Real Cümhuriyyətçilər” Bloku bəyanatla çıxış edərək parlament seçkilərindən geri çəkilə biləcəklərini açıqlayıb. ReAL Partiyasının rəhbəri İlqar Məmmədov bildirib ki, seçkilərdə hər hansı şərt irəli sürmədən iştirakı haqqında mövqelərinə yenidən baxıblar. Və  qərara gəliblər ki, bloger Mehman Hüseynovun döyülməsində iştirak edən şəxslər cəzalandırılmalı, reper Pasterin həbsi ilə başlanmaqda olan bu repressiv tədbirlər dayandırılmalıdır. O, da daha sonra […]

“ABŞ və Rusiyanın oyunları Ukraynanı “peşkaya” çevirdi” – “Forbes”

Trampın prezidentlik dövrü Rusiya üçün yaxşı keçib, çünki ona təsir etmək asan olub. ABŞ prezidentini Ukraynaya qarşı qoymaq üçün Rusiya tərəfinin əvvəldən təsir vasitələri olub. Bu barədə Katya Soldak “Bloomberg” agentliyi üçün yazır. Rusiya hökuməti qəsdən və sistemli şəkildə dezinformasiya kampaniyaları həyata keçirir. Kreml 2016-cı il Amerika prezident seçkilərində də analoji metodlara əl atmışdı. Rusiya […]

Daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 6-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. DİN-in Mətbuat Xidmətindən “Cümhuriyyət”ə bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031