Azərbaycanda 112 məktəbdə 167 xüsusi sinif yaradılıb

“Xüsusi istedadlı uşaqlar üçün məktəblərdə xüsusi siniflər yaradılıb. VII siniflər üçün riyaziyyat, informatika istiqaməti, VIII siniflər üçün təbiət elmləri istiqaməti üzrə siniflər fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bunu Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın 47 rayonunda 112 məktəbdə 167 belə sinif yaradılıb: “Həmin sinfə […]

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 262 917,11 min ABŞ dolları dəyərində 14 521,63 ton əczaçılıq məhsulları idxal edib. “APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin on bir ayı ərzində Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,5%, həcmi isə 6% azalıb.

Təhsil İnstitutu valideyn və müəllimlərə müraciət edib

“Bu gün Azərbaycan məktəblərində kifayət qədər istedadlı şagirdlər olsa da, onların dəqiq sayını demək çətindir”. “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib. Onun sözlərinə görə, Azərbaycan üzrə fənn müsabiqələrində bölgələrin ən yaxşı şagirdləri iştirak edir: “Bu müsabiqələrdə iştirak edən şagird sayının 23-30 min olması o […]

Türkiyə Şimali Kiprdə güclü aviabaza yaradır – Nazirlər Şurası təcili qərar çıxardı

Şərqi Aralıq dənizində enerji paylaşımı ilə əlaqəli gərginliyin yüksəldiyi bir vaxtda Türkiyədən ard-arda həmlələr gəlir. Qazma və hərbi gəmiləri regiona göndərdikdən, Liviya ilə dəniz sərhələrini demarkasiya etdikdən sonra Türkiyə indi Şimali Kipr Türk Respublikası (ŞKTR) ərazisində pilotsuz uçuş aparatları üçün bazanın yaradıldığını elan edib. ŞKTR-dəki Geçitkale hava limanı Türkiyənin Şərqi Aralıq dənizində gözü olacaq. Bu […]

“Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk” -İlham Əliyev

Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı”.  “Report” xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının […]

“Razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək” – Prezident

“Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaqdır. Bu biznes foruma həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək. Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, […]

Milli Məclis seçkilərinə qatılan 233 nəfərinin namizədliyi təsdiqlənib

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 233 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 155 nəfəri isə imza vərəqələrin artıq götürüb.

Parlament seçkilərində rəsmən iştirak edən partiyaların sayı 11-ə çatıb

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində rəsmən iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb. “Report”un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Qeyd edək ki, bundan əvvəl 9 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, […]

“Üzümüz İrəvana, Zəngəzura, Göyçəyə və bütün Qərbi Azərbaycana doğrudur!” – Bəyanat

Qərbi Azərbaycan İcması bütün Ermənistanın ermənilərdən boşaldılmasını və insanlarımızın öz ata-baba yurdlarına qaytarılmasını tələb etdi Azərbaycan Qaçqinlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması birgə bəyanat yayıb. Bəyanatda deyilir: “31 ildir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı Ermənistanın bölgədəki terrorçuluq və işğalçılıq siyasəti ilə üz-üzədir. 100 il əvvəl Azərbaycan Cümhuriyyətinin icazəsi ilə Azərbaycanın tarixi İrəvan xanlığı ərazisinin 9 […]

Qalaktikada bir ulduz və ekzoplanetə “Məhsəti” və “Gəncə” adları verilib

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Cümhuriyyət”ə verilən məlumata görə, BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə Milli […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031