YAP deputatlığa namizədlərinin siyahısını açıqlayıb – SİYAHI

Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb.  “Cümhuriyyət” xəbər verir ki, siyahıda parlament seçkilərində deputatlığa namizəd olacaq YAP üzvlərinin adı yer alıb. Siyahını təqdim edirik:   1 saylı Şərur-Sədərək seçki dairəsi Talıbov Vasif Yusif oğlu   2 saylı Şərur seçki dairəsi Həbibbəyli İsa Əkbər oğlu   […]

Baş Nazir Artur Rasi-zadənin imzaladığı daha bir qərarı ləğv edib

Nazirlər Kabineti “Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında” 1998-ci il 7 dekabr tarixli 230 nömrəli, “Meşə təsərrüfatına dair bəzi normativ hüquqi aktlar barədə” 1999-cu il 26 aprel tarixli 70 nömrəli, “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 3 fevral tarixli 15 nömrəli, […]

YAP-ın deputatlığa namizədlərin siyahısını MSK-ya təqdim etməsinin səbəbi açıqlanıb

Yeni Azərbaycan Partiyası Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 123 dairədən irəli sürdüyü namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib. Novruzov Seçki Məcəlləsinin tələbinə əsasən siyahının MSK-ya təqdim olunduğunu vurğulayıb. Qeyd edək ki, Seçki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, irəli sürülmüş namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasına […]

“Sosial layihələr” müsabiqəsinin 2019-cu il üzrə yekunu açıqlandı

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib. Müsabiqəyə 01 avqust 2019-cu il tarixindən noyabrın 20-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində […]

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar. “Cümhuriyyət” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Vilayət Eyvazov polis olmaq istəyənlər arasından seçim edib – FOTOLAR

Kütləvi informasiya vasitələrində əvvəlcədən verilən elana uyğun olaraq, dekabrın 27-də Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. […]

“YAP 123 dairədən namizəd irəli sürüb” – Siyavuş Novruzov

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı ilə bağlı açıqlama verib. S. Novruzov Modern.az-a açıqlamasında qeyd edib ki, siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb: “5 il müddətində partiyanın deputat olan üzvlərinin parlamentdə fəaliyyəti, seçicilərlə münasibətləri, öz dairəsindən olan şəxslərin problemlərinin parlamentdə qaldırılması, beynəlxalq aləmdə Azərbaycanı təmsiletmə, […]

İcra başçısı YAP-ın namizədi oldu – Cavid Qurbanovun yerinə

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun da gələn il fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyi məlum olub. Belə ki, yayılan məlumata görə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına əsasən, A.Məmmədov 123 Saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb. Qeyd edək ki, bundan əvvəl həmin dairədən Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deputat olub. AzPolitika.info

VERGİ MƏCƏLLƏSİNDƏ 7 İSTİQAMƏT ÜZRƏ MÜTƏRƏQQİ DƏYİŞİKLİKLƏR EDİLİB

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 27-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. AzPolitika.info-nun məlumatına görə, konfransı açan Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin […]

“Yüksəliş” layihəsi nəyə hesablanıb?

Son struktur və kadr islahatları, yeni, gənc nəslin dövlət idarəçiliyinə cəlb edilməsinin sürətləndirilməsi və idarəetmədə atılan digər addımlar göstərir ki, istənilən təşəbbüsün, ideyanın gerçəkləşməsində ölkədəki kadr potensialı həlledici rol oynayır. Bu kontekstdə kadrların təkcə bilik və intellektual səviyyəsi deyil, kreativliyi, insanlarla ünsiyyət bacarığı, nitqi, şəxsi mənəvi keyfiyyətləri və digər amillər də olduqca əhəmiyyətlidir. Məlum olduğu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031