Anar yaşlı nəslin vəzifədən getməsi haqda – “AYB seçkili orqandır…”

“Hesab edirəm ki, yaşlı nəslin nümayəndələri vəzifədən getməli və onların yerinə gənc nəslin nümayəndələri gəlməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib. O, gənclərin yüksək vəzifələrə təyin olunmasını müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycanda dövlət müəssisələrində gənclərin təyinat almasını çox təbii hal kimi qiymətləndirirəm. Belə də olmalıdır”. AYB sədri sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi […]

“Artıq tənha, ailə qurmadan yaşamaq meyilləri güclənir” – Komitə sədri

Orta əsrlərdə dinin bütün sahələrə təsir göstərdiyini görə bilərik, amma bu gün dünyada din bu dərəcədə nüfuza malik deyil, yəni dövlətlərin idarəçiliyinə, cəmiyyətdaxili münasibətlərə o qədər ciddi təsir etmir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə […]

Ağdamda 3 nəfər qidadan zəhərlənib

Ağdamda 3 nəfər qidadan zəhərlənib. APA-nın yerli bürosunun xəbərinə görə, 15 yaşlı Günəş Mehdiyeva, 26 yaşlı Etibar Lətifzadə və 20 yaşlı Xaliq Əsədov zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların qidadan zəhərləndiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Texniki baxışla bağlı daha bir YENİLİK 

Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib. Bu təşəbbüs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən irəli sürülüb və müsbət həllini tapıb. BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev “Cümhuriyyət”ə açıqlamasında bildirib ki, Baş DYP İdarəsi Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə “ASAN” xidmətə müraciət edərək […]

SOCAR bu il 100 min ağac əkəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Nəsimi ili çərçivəsində ümumilikdə 100 min ağac əkəcək. SOCAR-dan verilən məluamata görə, il ərzində indiyədək şirkətin əməkdaşları tərəfindən ağacəkmə kampaniyaları və iməciliklərdə 92 min ağac əkilib. İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublika ərazisində ümumilikdə 650 min ağac əkilməsi nəzərdə tutulur. Qeyd edək ki, SOCAR əvvəlki illərdə də neftlə […]

Sabah hava necə olacaq? – AÇIQLANDI

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. ETSN-in Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək. […]

Milli Qəhrəmanı təhqir edən psixoloqla bağlı məhkəmə QƏRAR VERDİ

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. APA-nın məlumatına görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Şahmarzadə 400 saat islah işlərinə məhkum edilib. Xatırladaq ki, ötən proses xüsusi ittihamçının nümayəndəsi, vəkil Ramil Rüstəmov çıxış edərək məhkəmədən […]

Nazir Hətəmov: “Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı” – MÜSAHİBƏ

Rusiyada azərbaycanlılar tərəfindən siyasi partiyaların yaradılması daha əlverişlidir Nazir Hətəmov: “Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı” “Belə bir partiyanın yaradılması nəticəsində biz bu ölkədə keçirilən bu və ya digər seçkilərdə azərbaycanlı olaraq Rusiya vətəndaşlarımıza səs verə bilərik” Azərbaycanlıların bu gün ən çox sıx məskunlaşdığı, yaşadığı ölkələrdən biri də şimal qonşumuz olan […]

Parlament seçkilərinin keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb

Azərbaycanda 2020-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb. “Report”un xəbərinə görə, 2020-ci il dövlət büdcəsinin zərfində qeyd olunub ki, seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsaitin ayrılması nəzərdə tutulub. Xatırladaq ki, sonuncu dəfə Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib.

Ekspertdən “Ai-92” markalı benzinlə bağlı sürücülərə çağırış

Artıq bir müddətdir ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlı təmirlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Təmir dövrü ərzində tələbatı qarşılamaq üçün SOCAR tərəfindən müəyyən həcmdə Aİ-92 tədarükü edilib. Bununla yanaşı həmin nov benzinin idxalına da başlanılıb. Bəs təmir başa çatana kimi yanacaq qıtlığının önlənməsi istiqamətində vətəndaşların üzərinə nə düşür?   Məsələni […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031