
Bir neçə gün öncə Zəngəzur bölgəsində yanıq xəsarətləri alan Ermənistan ordusunun müddətli hərbi qulluqçusu Palyan Civanoviç Poqosyan ölüb. Cumhuriyyet.az xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb. Xatırladaq ki, iyulun 25-də Ermənistan Müdafiə Nazirliyi Sünik vilayətində xidmət edən Poqosyanın yanıq xəsarətləri aldığını açıqlayıb. Əsgər birində yanğını söndürərkən yaralanıb.
İyl 26 2022 | Posted in
Olay |
Read More »

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən müxtəlif növ imtahanların tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 6 mart 2017-ci il tarixli 3 nömrəli Qərarı ilə müəyyən edilib. DİM-dən Cumhuriyyet.az -a verilən məlumata görə, 2017-ci ildə tariflər müəyyən edildikdən sonra tələbə qəbulunu tənzimləyən qanunvericilik aktlarına edilmiş dəyişikliklərə əsasən, imtahanların keçirilmə texnologiyasında, davametmə müddətində, məzmununda […]
İyl 26 2022 | Posted in
Təhsil |
Read More »

Azərbaycan Milli Elmlər Akademiyası AzTV-nin hazırladığı tənqidi süjetlə bağlı yeni məlumat yayıb. Cumhuriyyet.az -a daxil olan məlumatda deyilir: “25 iyul 2022-ci il tarixində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramında Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı süjet yer alıb. Süjetdə, əsasən, AMEA əməkdaşlarının iş intizamının zəif olması, elmi fəaliyyət sahəsində çalışanlar arasında qocalma tendensiyasının güclənməsi və s. məsələlər əks […]
İyl 26 2022 | Posted in
Gündəm |
Read More »

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarov minaya düşüb. Cumhuriyyet.az xəbər verir ki, Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb. Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb. Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə […]
İyl 26 2022 | Posted in
Gündəm |
Read More »

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi tviter hesabında məlumat yayıb. Hüqo Gevara ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək.
İyl 26 2022 | Posted in
Siyasət |
Read More »

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Ukrayna ilə bağlı “qeyri-konstruktiv” və “qərəzli” ritorikadan istifadə etdiyini bildirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, “YouTube” kanalında danışıb. “Bu, bizim üçün tamamilə anlaşılmaz və qəribədir”, – deyə Zaxarova söyləyib. O, Rusiya ilə İsrail arasındakı münasibətlərin öz-özünə pisləşmədiyini deyib. İsrailin anti-Rusiya mövqe sərgilədiyini və yalnız Ukraynanı […]
İyl 26 2022 | Posted in
Dünya |
Read More »

İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Bu barədə Cumhuriyyet.az -a Kəlbəcər hərbi prokurorluğundan bildirilib. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi […]
İyl 26 2022 | Posted in
Gündəm |
Read More »

Xəbər verildiyi kimi, ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Cumhuriyyet.az -a bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və […]
İyl 26 2022 | Posted in
Olay |
Read More »

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, o, Moskvaya tətilə gəldiyini bildirib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şröderlə Putin arasında təmaslar istisna edilmir. “Bizim bildiyimizə görə, o, həqiqətən də Moskvadadır. Hələlik görüşlər yoxdur, lakin biz təmasları istisna etmirik”, – Peskov bildirib. Keçmiş kansler “Qazprom”un baş […]
İyl 26 2022 | Posted in
Dünya |
Read More »

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. Bu barədə Cumhuriyyet.az -a Müdafiə Nazirliyindən bildirilib. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
İyl 26 2022 | Posted in
Olay |
Read More »