Türkiyə və Ukrayna nazirləri arasında taxıl müzakirəsi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər taxıl daşınmasına hazırlıqla bağlı son vəziyyəti müzakirə edib. Nazirlər texniki işlərin yekunlaşma üzrə olduğunu və ən qısa müddətə daşınmanın planlaşdırıldığını bildiriblər.

Ermənistan sülhün təmin edilməsində çətinliklər yaradır – Ceyhun Bayramov

Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları var. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Layçakı qəbul edərkən deyib. Nazir qeyd edib ki, Ermənistan tərəfi sülhün təmin edilməsi istiqamətində çətinliklər yaradır. XİN rəhbəri səfirə azad olunmuş ərazilərdə insanların həyatına birbaşa […]

Alimlərin ixtisarı qətiyyən nəzərdə tutulmur – Nazir

Alimlər arasında ixtisarlar qətiyyən nəzərdə tutulmur. Cumhuriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib. O bildirib ki, qarşıya qoyulan məqsəd kimisə işdən çıxarmaq, kimisə yaşına görə diskriminasiya etmək deyil: “Növbəti mərhələyə baxış çox önəmlidir. Uzunmüddətli inkişaf elmsiz mümkün deyil. Geniş şəkildə ixtisarlar və optimallaşdırılmalar yəqin ki, olmayacaq”. Yeni […]

Buster doza vurduranların yeni SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1971 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1267, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 215 nəfərdir.

Aktiv xəstə sayı 2200-ü keçdi, 2 ölü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv […]

Ceyhun Bayramov Slovakiya səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Layçakı qəbul edib. Bu barədə Cumhuriyyet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Slovakiya arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın […]

Vergi Məcəlləsində dəyişiklik TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.17-ci maddəsində “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilir. Bu […]

Prezident deputatların maaş artımını TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir: 21-ci maddə üzrə: 1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilir; 1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri […]

Hesablama Palatasının sədrinin maaşı ARTIRILDI

Prezident İlham Əliyev “Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib. Cumhuriyyet.az xəbər verir ki, dəyişikliyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar. Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Qanuna əsasən, Hesablama Palatasının […]

Türkiyə 7 terrorçunu məhv etdi

Suriyanın şimalında “Fərat qalxanı” bölgəsində atəş açan 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031