Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı dünyada yoluxma və ölüm sayı sürətlə artır. Musavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxmaya görə ümumi göstəricilər üzrə ilk beşlikdə Çin, İtaliya, Amerika, İspaniya və Almaniya gəlir. Artıq 4 gündür ki, bu göstərici dəyişməz olaraq qalır. Çində son saatlarda koronavirusa 47 nəfər yoluxub, 4 nəfər isə dünyasını dəyişib. Bu ölkədə […]
Mar 25 2020 | Posted in
Dünya,
Gündəm |
Read More »
Hazırda dünyanın demək olar ki, bütün ölkələri koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən əziyyət çəkir. Hər bir ölkə öz iqtisadi gücünə və milli iqtisadiyyatın xüsusiyyətlərinə uyğun olaraq bu virusun mənfi təsirlərini minimuma endirmək üçün tədbirlər görür. Prezident İlham Əliyev bu günlərdə koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması […]
Mar 25 2020 | Posted in
İqtisadiyyat |
Read More »
Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib. APA nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib. O, ölkə əhalisinin sağlamlığının daha vacib olduğunu söyləyib.
Mar 25 2020 | Posted in
Dünya,
Günün Xəbəri |
Read More »
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ökədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik […]
Mar 25 2020 | Posted in
Günün Xəbəri,
ÖLKƏ |
Read More »
Koronavirus epidemiyası miqyasından daha çox yayılma sürətinə görə digər infeksiya xəstəliklərindən fərqlənir. Məlum olduğu kimi, miqyasına görə dünyada hazırda virusla keçən xəstəliklərin başında QİÇS, yəni qazanılmış immun çatışmazlığı sindromu gəlir. Fransız jurnalist, yazıçı, QİÇS-ə qaşrı mübarizə üzrə aktivist və “Act Up” təşkilaırnın təsisçisi Didye Lestrad “Slate.fr” saytında məqaləsində iki epidemiya arasındakı bənzərliklərə və fərqliliklərə diqqət […]
Əvvəla onu bildirmək istəyirəm ki, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük. Bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkədən daha tez atıldı. Ona görə də cəsarətlə pandemiya dövründə Azərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır. […]
Mar 25 2020 | Posted in
Son Xəbər |
Read More »
Koronavirus epidemiyası dünya miqyasında milyonlarla insanın yaşayış tərzini ciddi şəkildə dəyişir və bu dəyişiklərin çoxu qalıcı olacaq. Xəstəliklər xanədanlıqların çökməsindən tutmuş müstəmləkəçiliyin artmasına, hətta iqlim dəyişikliyinə qədər uzunmüddətli təsir gücünə malik olub. XIV əsr vəbası və Qərbi Avropanın yüksəlişi 1350-ci illərdə Avropanı bürüyən böyük vəba epidemiyası əhalinin 3 faizinin ölümüylə nəticələnib. Ancaq milyonlarla insan itkisindən […]
Ötən sutka ərzində bütün dünyada koronavirusa təxminən 40 min yeni yoluxma halı qeydə alınıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Yoluxanların sayı 39 min 827, ölənlərin sayı isə 1722 nəfər artıb. Bununla da Covid-19 daşıyıcılarının sayı 422 min 829, virusdan dünyasını dəyişənlərin sayı 18 min 904 nəfər olub. Məlumatda qeyd edilir […]
Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən virtualaz.org-a daxil olan məlumata görə, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçib və karantinə yerləşdirilib. Qeyd edək ki, vətəndaşların ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq […]
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində […]