Gürcüstanda koronavirusa yoluxanların sayı 60 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 927 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  60 680 nəfərə, ölənlərin sayı isə 499 nəfərə çatıb. Virusa yoluxanlardan 45 042 nəfərin […]

Nazirlik: 50 minik avtomobili əlilliyi olan şəxslərə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 minik avtomobili Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Nazirlikdən Musavat.com-a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun bu haqq savaşında bir-birinin […]

Qaçaq Nəbinin kəndi azad edildi

Noyabrın 9-da prezident İlham Əliyev daha 23 kəndimizin düşmən işğalından azad edildiyini açıqladı. Bu kəndlər sırasında Qubadlı rayonunun Aşağı Mollu kəndi də var. Aşağı Mollu əfsanəvi el qəhrəmanı Qaçaq Nəbinin kəndidir. Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. 1896-cı ilin mart […]

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

İstanbul şəhərinin Bəyazit meydanında Azərbaycan Ordusunun tarixi zəfərlərə imza atması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi münasibətilə Azərbaycana dəstək aksiyası keçirilib. Musavat.com xəbər verir ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib. […]

Hikmət Hacıyev: “Ermənistanın törətdiyi ekoloji terror təsbit edilib”

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal altından azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib”. Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb. “Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri […]

Erməni təcavüzü nəticəsində yaralananların sayı 407-yə çatıb RƏSMİ

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 407 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 3326-dır.

Azərbaycan xüsusi təyinatlıları Şuşaya necə daxil oldu?..

“Şuşa üzərində tam nəzarət noyabrın 7-i axşam saatlarında əldə edilib”. Azerforum.com Moderator.az-a istinadla xəbər verir ki, bu barədə “Turan” informasiya agentliyinə vəziyyətlə tanış olan hərbi mənbə danışıb.  “Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu, müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi. Onun sözlərinə görə, […]

Nikol Paşinyan ABŞ-ın yeni prezidentindən kömək istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib. Anews.az Unikal.orga istinadən xəbər verir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi […]

Ermənilərin atdığı hərbi sursatlar zərərsizləşdirildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 19 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub. ANAMA-dan Azvision.az-a bildirilib ki, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik […]

MN: Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur

Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib. “Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur”, – deyə, açıqlamada vurğulanıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30