Ermənistanda hakim partiyanın deputatı mandatından imtina edib

Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq. “Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, – V.Karapetyan bildirib. Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.

“Sivasspor” “Qarabağ” önünə uğurlu statistika ilə çıxacaq

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq Türkiyə “Sivasspor”u matça uğurlu seriya ilə çıxacaq. “Report”un məlumatına görə, Rıza Çalımbayın baş məşqçi olduğu komanda cari mövsüm bütün yarışlarda yalnız bir səfər matçında məğlub olub. Bu, Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyada “Vilyarreal”la görüşə təsadüf edib – 3:5. “Qırmızı-ağlar” Superliqanın II turunda “Erzurumspor”u 2:1, V […]

Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri – TƏHLİL

Sahəsi 3050 kv.km olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, işğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi: “Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz […]

“Kəlbəcərə daxil olan zaman sevincdən ürəyim dayana bilər” – Əməkdar artist

“Gözümüz aydın olsun. Qarabağ Azərbaycandır! Torpaqlarımız azad olunduğu üçün Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirik. 30 illik həsrətdən sonra bizi torpaqlarımıza qovuşdurdu”. Bu sözləri Musavat.com-a açıqlamasında Kəlbəcərdə doğulmuş Əməkdar artist Babək Niftəliyev deyib. O, Kəlbəcərin işğaldan azad olunmasının sevincini yaşadığını dilə gətirib: “Hazırda Murov tərəfdəyəm. Hərbiyə texnikalarımızı Kəlbəcərə doğru yola saldıq. Əsgərlərimizdə böyük ruh yüksəkliyi […]

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibi təsdiqlənib

Təhsil naziri Emin Əmrullayev Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb. Bu barədə Musavat.com-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi […]

Kəlbəcərin önəmi: Həm alınmaz qalamız, həm təbii su fabrikimiz, həm də turizm cənnətimiz

Sözsüz ki, müqəddəslik baxımından Vətən torpağının hər qarışı eyni dərəcədə əzizdir. Ölkənin daşı da, qayası da, çayı da, bataqlığı da istənilən vətənpərvər üçün eyni anlam ifadə edir və etməlidir də. Bununla yanaşı, etiraf etməliyik ki, bəzi coğrafiyaların hərbi-strateji, iqtisadi potensialı digərlərindən fərqlənir. Bəzən hər hansı bir yüksəklik hərbi-strateji əhəmiyyəti baxımından bir neçə şəhərdən daha qiymətli […]

Regionda “Qafqaz beşliyi” – Ermənistan yenə kənarda qalır

Azərbaycan, İran, Rusiya, Türkiyə və Gürcüstan formatında yeni qurum yarana bilər; Asim Mollazadə: ”Azərbaycanın müharibədəki qələbəsi Cənubi Qafqazda yeni əməkdaşlıq sistemi formalaşdıra bilər, Ermənistan isə…” Qarabağ müharibəsinin başa çatması və işğalçı qüvvələrin ərazilərimizdən qovulması təkcə bir münaqişənin sonu deyil, həm də regionda stabilliyin, iqtisadi açılımın, yeni ittifaqların, əməkdaşlıqların təməlinin qoyulmasının başlanğıcıdır. Harada qəsbkar, işğalçı varsa, […]

NASA Yerə nəhəng meteoritin yaxınlaşdığını açıqlayıb

NASA Yerə yaxınlaşan 822 metrlik potensial təhlükə mənbəyi olan meteorit haqqında açıqlama yayıb. Qurum qeyd edib ki, həmin meteorit 29 noyabrda Yer kürəsinə yaxın ərazidən keçəcək. NASA həmçinin qeyd edib ki, meteoritin ölçüsü çoxmərtəbəli binanın ölçüsünə bərabərdir. Meteoritdəki nikel, dəmir və kobaltdan ibarət olan mineralların 17,4 milyon dollar dəyərində olduğu təxmin edilir. Mütəxəssislər hesab edirlər […]

Parisdə polis miqrantlara qarşı zorakılıq tətbiq edib

Fransanın paytaxtı Parisdə polis miqrantların çadır düşərgəsini dağıdıb. “Report” xəbər verir ki, bu barədə “BBC News” bildirib. Qeyd edilir ki, noyabrın 24-ü gecə Fransanın hüquq-mühafizə orqanları insanları Parisin Respublika meydanından sıxışdırıb. Təxliyyə edilən miqrantlar bundan sonra çadırlar qurublar. Müxtəlif mətbu orqanlarda yayılan video və foto polis və miqrantlar arasında sərt toqquşmaları əks etdirir. Daxili İşlər […]

Ermənilər hələ də torpaqlarımızda gizlənir – şok iddia!

Ekspertlər bunun mümkün təhlükələri barədə danışdılar Erməni hüquq müdafiəçisi Siranuş Saakyan KİV-lərə bildirib ki, onun məlumatına görə, ümumilikdə Azərbaycan əsirliyində 100-dən çox erməni var. Ermənistan tərəfin məlumatına görə, indiyədək Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyi ərazilərdə gizlənən, ermənilər tərəfə keçməyə çalışan Ermənistan əsgərləri qalıb. Azərbaycanın da Ermənistanda son müharibədən sonra əsirləri var və hələ ki qaytarmaq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30