Noyabrın 23-ü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anım günüdür. Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə parlaq incilər bəxş edən, musiqinin müxtəlif janrlarında ölməz əsərlər yaradan, Azərbaycanın Dövlət Himninin möhtəşəm melodiyasını yazan, opera sənətimizin zirvəsi sayılan “Koroğlu”nun uvertürası ilə vətənpərvərlik duyğularımızı coşduran […]
Xalq artisti Yaşar Nurinin vəfatından 8 il ötür. Musavat.com bildirir ki, Xalq artisti Firəngiz Mütəllimova “İnstagram” səhifəsində mərhum sənətkarla bağlı paylaşım edib: “Yaşar, Allah sənə rəhmət eləsin. Məkanın Cənnət olsun. Allah ailənə can sağlığı versin, elə yerin görünür ki… Qarabağ işğaldan azad olundu, Yaşar. Həyatda olsaydın mütləq indi əsgərlərimizin yanında idin. Heyf”. Xatırladaq ki, Xalq artisti […]
Noy 23 2020 | Posted in
Müxtəlif |
Read More »
“Nikol Paşinyan baş nazir olduğu gündən onun istefasını tələb edirəm. Bütün bu dövr ərzində fasiləsiz olaraq ictimaiyyəti danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyinə dair məlumatlandırırdım”. Axar.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, politoloq David Şahnazaryan deyib. “Hansı daxili dəyişikliklərin baş verdiyini demişəm. Məqsədyönlü şəkildə güc strukturlarının dağıdıldığını izah etməyə çalışmışam. Söhbət […]
Ermənilər Kəlbəcərdə olduğu kimi Ağdamdan da çıxarkən bəziləri evlərinə od vurub çıxıblar. Bu barbarlığı İŞİD belə öz vəhşi üsullarına daxil etməmişdi. Onlar baş kəsirdi, amma evləri yandırmırdılar. Eləcə də alman nasistləri, italyan faşistləri, bosniyalıları qıran serb şovinistləri bunu etməyiblər. Amma ermənilər ağac kəsir, evə od vurur, heyvan başı kəsir. Yəni, kitablara, romanlara salınacaq dəhşətlərdir. Amma […]
Noy 23 2020 | Posted in
Gündəm |
Read More »
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-8 faiz, gündüz 50-55 faiz təşkil edəcək. Noyabrın 24-də […]
Noy 23 2020 | Posted in
ÖLKƏ,
Önəmli |
Read More »
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməsi, düşməni diz çökdürməsi ilə şanlı qəhrəmanlıq tarixi yazdı. Vəhşi, barbar düşməndən torpaqlarımızı geri aldıq, eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisasını aldıq. Buna görə şəhidlərimizin ruhu da sevinir. […]
Noy 23 2020 | Posted in
Manşet |
Read More »
Bu karikaturanı bu ilin mart ayında istedadlı rəssam Şəhriyar Sarıca “Yeni Müsavat”ın əməkdaşının ideyası əsasında çəkib. Göründüyü kimi, hazırda bu karikatura günümüzün reallığını əks etdirir. Çünki koronavirus pandemiyasının şiddətlənməsi, gündəlik yoluxma sayının 3 min civarında olması üzündən görülən əks-tədbirlərin sırasında açıq havada siqaret çəkilməməsimə dair yasaqlar da var. Bir çox siqaret aludəçiləri siqaret çəkilməsi ilə […]
Noy 23 2020 | Posted in
Gündəm |
Read More »
Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. BAXAR.AZ xəbər verir ki, bunu “Xalq qəzeti”nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O, hazırda İTS-in […]
Noy 23 2020 | Posted in
Gündəm |
Read More »
“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”. Bu barədə “Report”un sorğusuna Daxili İşlər […]
Noy 23 2020 | Posted in
ÖLKƏ,
Önəmli |
Read More »
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib. Bu barədə Musavat.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə […]
Noy 23 2020 | Posted in
ÖLKƏ,
Önəmli |
Read More »