Xaricdə gizlənən 30 nəfər tutularaq Azərbaycana gətirilib

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10849 şəxs barəsində 9455, apelyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15455 şəxs barəsində 13501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun […]

Ekspert: “Pandemiya ucbatından Avropa İttifaqı xaos astanasındadır”

“Koronavirus pandemiyası həm fərdi, həm də ictimai həyatın bir çox sahələrini çətinləşdirdi. Bu, istər Avropa İttifaqı (Aİ) ölkələrinə, istər Azərbaycan, Gürcüstan və Ermənistana, istərsə də Rusiya və Türkiyəyə aiddir”. Bunu “Report”a tanınmış almaniyalı islamşünas, Yaxın Şərq üzrə ekspert Udo Ştaynbax (Udo Stainbach) Avropa İttifaqı ölkələri və Azərbaycanın koronavirisla bağlı apardığı siyasəti şərh edərkən bildirib. “Bu baxımdan Aİ xaos […]

Kamran Əliyev: “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib”

2020-ci il ərzində 254 cinayətkar qrup zərərsizləşdirilib. “Report” xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib. 2020-ci ilin prokurorluq orqanları üçün də əlamətdar olmasının diqqətə çatdıran Baş prokuror, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən […]

Fermerə qarşı dələduzluq edən qardaşlar saxlanıb

Dələduzluq etməkdə şübhəli bilinən şəxsləri polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə Zərdab rayon Dəliquşçu kənd sakini olan fermer ilə mobil telefon ilə əlaqə saxlayaraq onun yanında çoban işləyəcəyini vəd edərək vətəndaşdan dələduzluq yolu ilə 1 150 manat pul ələ keçirən şəxslər saxlanılıb. Gəncə Şəhər Baş Polis […]

Azərbaycana qarşı müharibə cinayətləri törədən 297 nəfər İnterpol xətti ilə axtarışa verilib

Ötən il hərbi prokurorluq orqanları tərəfindən 1182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib. O bildirib ki, dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri […]

Virus yükü nədir və COVİD xəstələrinə necə təsir edir?

Virus yükü insanların koronavirusa yoluxmasına, eyni zamanda artıq COVİD-ə yoluxmuş xəstələrin vəziyyətinə nə dərəcədə təsir edir? Novator.az saytı bu mövzuda “Euronews” kanalının yaydığı materialı ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır. Koronavirus pandemiyası başlanandan çox işlədilən ifadələrdən biri də virus yüküdür. Virus yükü ifadəsindən virusun miqdarını bildirmək üçün istifadə olunur. Virus yükü xəstənin vəziyyətini daha da […]

Türkiyə XİN başçısı: “Fərman İsmayılovun cənazəsi Qabona gətirilib”

Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, F. İsmayılovun cənazəsi helikopterlə Qabonun paytaxtı Librevil şəhərinə gətirilib, cənazə işləri islam adət-ənənələrinə uyğun aparılıb. XİN […]

Çində qaz xəttinin partlaması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Çinin Dalyan şəhərində yaşayış məhəlləsində təbii qaz borusunun partlaması nəticəsində ən azı 2 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. AZƏRTAC şəhər hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5:50-də Cincou rayonunda baş verib. Qaz sızmasından baş verən partlayış nəticəsində bir nəfərin də itkin düşdüyü bildirilir. Hadisənin baş […]

Neft cüzi ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,11% azalaraq 1 barelə görə 55,19 dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,02% azalaraq 52,26 dollar təşkil edib.

Bərbərxana və gözəllik salonları bu gündən açılır

Bu gündən bərbərxana və gözəllik salonları açılacaq. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərin fəaliyyətinə icazə verilir. 

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031