Beynəlxalq Mətbuat Mərkəzi bağlanır

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Vergilər”də elan yayımlanıb. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1054 Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına bildirə bilərlər. Qeyd edək ki, BMM-in yerləşdiyi bina Prezidentin sabiq köməkçisi Əli Həsənova məxsus idi. Rəsmi qaydada isə əmlak onun bacanağı Ədalət […]

Ankarada küçəyə Əhməd Cavadın adı verildi

Türkiyənin paytaxtı Ankara şəhərində istiqlal şairi Əhməd Cavadın adı küçələrdən birinə verilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Qeyd edilib ki, Əhməd Cavadın 130 illiyi münasibətilə onun adını daşıyan küçənin açılışı olub.

Rusiya PUA-ların istehsalına hazırlaşır

Rusiyada Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.   Məlumata görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına cair ilin ikinci yarısında başlanacaq. Ümumilikdə, layihənin 2024-cü ildə başa […]

Müdafiə Nazirliyindən müraciət: İyunun 11-dək…

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

İşlə təmin edilən qazilərin sayı açıqlandı

Vətən müharibəsindən sonra 13 min qazi və 3 minə yaxın şəhid ailəsi üzvünün məşğulluğunun təmin edilməsi ilə bağlı işlər davam etdirilir. Cumhuriyyet.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O qeyd edib ki, artıq bu günə qədər həmin kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib: “Onlardan 6 minə yaxınını […]

Akar Şoyqu ilə Suriya və Ukraynadan danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Söhbət zamanı əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətə yönəlib.

Azərbaycan Pakistanda Ticarət Evi açmağı planlaşdırır

Azərbaycan Pakistanda Ticarət Evi açmağı nəzərdən keçirir. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib. Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün Ticarət Evinin açılmasını Azərbaycan tərəfi nəzərdən keçirir.

“Əmisi dedi ki, ola bilər Nərminin…” – MƏHKƏMƏ

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindirilib. İstintaq materiallarında göstərilib ki, İlkin Süleymanovun alt paltarlarında Nərmin Quliyevaya aid izlər […]

Lavrov Türkiyədə səfərdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfərə gedib. Cumhuriyyet.az TASS agentliyinə istinadən xəbər verir ki, iyunun 8-də Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü planlaşdırılır. Nazirlər Ukrayna böhranı ilə yanaşı, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini də müzakirə edəcəklər.

Əli Əliyev barəsində şikayət üzrə icraat dayandırıldı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi davam etdirilib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclasda xüsusi ittihamçı Ramiz Göyüşovun vəkili vəsatət qaldıraraq iclasın qapalı keçirilməsini istəyib. Vəkil bildirib ki, müvəkkili işdə olan bəzi görüntülərlə bağlı prosesin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930