Bayden Avropaya gəlir – Səbəb nədir?

ABŞ Prezidenti Co Bayden 25-28 iyun tarixlərində Avropaya səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bayden Almaniyada keçiriləcək G7 liderlərinin sammitində və İspaniyada keçiriləcək NATO sammitində iştirak edəcək. G7 sammitində üzv ölkələrin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlıq, iqlim dəyişikliyi müzakirə ediləcək.

Zakir Həsənov Hulusi Akarla GÖRÜŞDÜ

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən […]

Rusiya və Ukrayna cəsədləri qaytardılar

Ukrayna və Rusiya döyüşdə həlak olmuş hərbçilərin cəsədlərini mübadilə ediblər. Cumhuriyyet.az Ukrayna mediasına istinadən xəbər verir ki, hər iki tərəfdən 50 olmaqla ümumilikdə 100 cəsəd qaytarılıb. Məlumata görə, Ukraynaya təhvil verilən 50 cəsəddən 37-si “Azovstal” polad zavodunun müdafiəçiləri olub. Növbəti günlərdə cəsəd mübadiləsinin davam etdiriləcəyi qeyd olunub.

Diaqnostik qiymətləndirmədə iştirak edənlərin sayı BİLİNDİ

2021-2022-ci tədris ilində paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin II-IX sinif şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11 424 şagird iştirak edib. Bu barədə Cumhuriyyet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat evrilib. Bildirilib ki, diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilib: “Yekun nəticələrlə bağlı inkişaf planları təhsil müəssisələrinə təqdim olunub”.

Qod Nisanov daha bir vəzifəsindən ayrıldı

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə şirkətlər qrupunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 2022-ci il iyunun 3-də Qod Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək, layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib. Qeyd edək ki, bundan […]

Lavrovu İrəvanda “bomba” ilə qarşıladılar

Ermənistanın Fövqəladə Hallar Nazirliyinə paytaxt İrəvanın “Zvarnots” hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Qeyd edək ki, hadisə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi “Zvarnots” hava limanına enəndən sonra baş verib. Əraziyə yanğınsöndürən-xilasedicilərdən ibarət bir ekipaj və əməliyyat qrupu gətirilib.

“Biz bu oyunu çoxdan oynayırıq” – Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı mühüm açıqlamalar verib.   Cumhuriyyet.az xəbər verir ki, nazir Ukraynanın Aİ üzvlüyünə ehtiyacı olduğunu bildirib.   “Ukrayna Avropa İttifaqına namizədlik statusundan başqa heç bir alternativi qəbul etməyəcək. Bizə Aİ-nin namizədlik statusu lazımdır, potensial namizədlik sözü və ya əvəzedicilər yox. Biz bu oyunu çoxdan oynayırıq […]

Putin İran prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb. Cumhuriyyet.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Rəisiyə insan həyatına son qoyan dəmir yolu qəzası ilə bağlı başsağlığı verib. Bundan əvvəl KİV İranda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayının 21-ə çatdığını, 80-dən çox insanın yaralandığını bildirmişdi. Faciə Cənubi Xorasan əyalətində baş […]

Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları AYRILDI

Şərqi Zəngəzur və Qarabağ bölgələrində televiziya yayım kanalları ayrılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib. Belə ki, Audiovizual Şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən Şuraya daxil olmuş 18 mart 2022-ci il tarixli 109-1-9/399-22 nömrəli məktubu, bununla bağlı Şura aparatının Audiovizual yayıma texniki nəzarət, […]

Lavrov Türkiyədən Ermənistana getdi

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün İrəvana işgüzar səfər edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. XİN rəsmisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati XİN başçıları Şurasının iclasında iştirak etmək üçün Ermənistandadır. Qeyd edək ki, Sergey Lavrov bu gün həçinin Türkiyədə də səfərdə olub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930