Slovakiya Milli Şurasının sədri Şuşaya səfər edib – FOTO

Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər. Şuşaya səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. […]

Şəhid anasını söyən müəllim həbs edildi

Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib. Bizim.Media-nın xəbərinə görə, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib. Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır. O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu […]

Parlamentin iki komitəsi Şuşada iclas keçirdi: Nələr müzakirə edildi?

İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib. Bu barədə Cumhuriyyet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən […]

Bu gün peyvənd olunanlar

Azərbaycanda son sutkada 1920 nəfər peyvənd olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 274, ikinci doza vaksinlərin sayı 240 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1288-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 118 olub. […]

Son sutkada yoluxanların SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9715 nəfər vəfat edib. Aktiv xəstə sayı 69 […]

Laçının Zabux kəndindəki ermənilər arasında çaxnaşma artıb

Laçın rayonundakı Zabux kəndində qanunsuz yaşayan ermənilər arasında çaxnaşma artıb. Cumhuriyyet.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, buradakı bəzi ailələr çamadan əhval-ruhiyyəsindədir, əşyalarını yığaraq kəndi tərk etməyə başlayıblar. Bir neçə gün öncə Xankəndidən “vəzifəli məmur”un kəndə gələrək, sakinləri ailələri ilə birlikdə buranı tərk etməyə razı salmaq üçün danışıq aparması barədə xəbər Zabuxa ildırım sürərtilə yayılıb. […]

Sahil Babayevə ağır itki üz verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ağır itki üz verib. Cumhuriyyet.az xəbər verir ki, nazirin əmisi Tofiq Babayev bu gün dünyasını dəyişib. Qeyd edək ki, Tofiq Babayev yaradıcılıqla məşğul idi. O, Tofiq Xəzər imzası ilə çıxış edirdi. Mərhum “Bərdədən görünən dünya” adlı 16 cildlik roman-epopeyanın müəllifidir. Tofiq Babayev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930