Dövlət başçısı ərzaq təhlükəsizliyindən DANIŞDI

“Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb”. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. Prezident bildirib ki, Zəngilanda Ağalı kəndi […]

Qazaxıstan prezidenti Azərbaycana gələcək

“Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır”. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu […]

İlham Əliyev Ərdoğana ZƏNG ETDİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına […]

Ali Baş Komandan: “Yeni silahlar alınacaq”

“Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib. “Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar […]

Dövlət başçısı Zəngəzur dəhlizi haqqında – Hər kəs nəzərə almalıdır

“Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur”. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib. “Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə […]

İlham Əliyev quru sərhədlərin bağlı qalmasının səbəblərindən DANIŞDI

“Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq”. Cumhuriyyet.az xəbər verir ki, bu […]

Müharibə əlillərin problemləri tam nə vaxt həll olunacaq? – Prezident açıqladı

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. “Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və […]

Ceyhun Bayramov Toivo Klaarla görüşdü

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib. Bu barədə Cumhuriyyet.az-a XİN-dən məlumat verilib. Görüş zamanı bölgədə cari vəziyyət, Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli Brüssel görüşünün davamı olaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması […]

Prezident hökumət üzvlərini topladı – YENİLƏNİB

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı müşavirədə giriş nitqi söyləyib. Prezident İlham Əliyevin giriş nitqi: – Bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz […]

Ceyhun Bayramov Mirzoyanla bu şəhərdə görüşəcək

Xəbər verdiyimiz kimi, sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutacaq. Cumhuriyyet.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi görüş barədə məlumat yayıb. Nazirlik görüşün Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutacağını bildirib. Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ilk ikitərəfli görüş olacaq.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031