Rayon prokuroru vətəndaşın evini zəbt edib -ŞİKAYƏT- VİDEO

“Sabunçu rayon prokuroru Ceyhun Şirinov məhkəmənin fəaliyyətinə müdaxilə edərək, mənim qanuni şəkildə aldığım mənzilimin üzərində hüquqlarımın tanınmasına, onun tərəfindən zəbt olunmuş evimin geri qaytarılmasına imkan vermir. Buna görə də, mətbuat vasitəsilə səsimi ölkə rəhbərliyinə catdırmaq istəyir, mənə kömək göstərilməsini xahiş edirəm”. Bu fikirlər 6 ildir mənzili əlindən alındığı üçün ailəsilə birlikdə kirayədə yaşamağa məcbur olan […]

“Hiss olunur ki, Patruşevin səfəri ciddidir…” – Tofiq Zülfüqarov

Sentyabrın 3-də prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafındakı rolu vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin […]

Anasını öldürüb meyitini yandırdı: məhkəmə başlayır

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb. Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağ massivi, […]

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq məsələləri üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bu barədə BMT-nin Azərbaycan Nümayəndəliyinin “Twitter” səhifəsində məlumat verilib. Xüsusi məruzəçi Hilal Elver oktyabrın 1-dən 11-dək Azərbaycandasəfərdə olacaq.

Ermənistanın balıq məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb

Sentyabrın 5-dən etibarən Ermənistanın “Qoyteks” müəssisəsinin məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumatı Rusiyanın “Rosselxoznadzor” qurumunun mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, erməni müəssisənin istehsal etdiyi məhsullar Avrasiya İqtisadi Birliyi və Rusiya Federasiyasında olan baytarlıq-sanitar tələblərinə cavab vermir və bu səbəbdən sentyabrın 5-dən etibarən Ermənistanın “Qoyteks” müəssisəsinin istehsalı olan bütün məhsulların […]

İran Hörmüz boğazında 7 xarici balıqçı gəmisini saxlayıb

İran İnqilab Keşikçiləri Qvardiyası Hörmüz boğazında 7 əcnəbi balıqçı gəmisini saxlayıb. “Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən biri bildirib. Bildirilib ki, onlar balıq ovlama qanunlarını pozduqları üçün saxlanılıblar. Saxlanılan gəmilərdən 222 ton balıq məhsulu götürülüb. Gəmilərdə 24 xarici ölkə vətəndaşı olub.

Əminə Dilbazinin 100 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. “Cümhuriyyət”in xəbərinə görə, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

“Eternity-2019” təlimi davam edir

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimləri davam edir. Müdafiə Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə,təlimin ssenarisinə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması […]

BNA qəza ilə bağlı araşdırmaya BAŞLADI

Bakı Nəqliyyat Agentliyi tərəfindən Nobel prospektində, Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi barədə araşdırmaya başlanılıb. BNA-dan “Cümhuriyyət”ə bildirilib ki, ilkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 5-nə olan məzənnəsini açıqlayıb. AMB-nin “Cümhuriyyət”ə verdiyi məlumata görə, 05.09.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30