Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verilib

Sosial şəbəkələrdə “Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürülmüş heyvanların saxlanması və satışı ilə bağlı yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, araşdırma zamanı “Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 […]

DGK güclü təsiredici maddənin ölkəyə gətirilməsinin qarşısını alıb

Beynəlxalq poçt göndərişləri vasitəsilə tərkibində güclü təsiredici maddə olan dərman preparatının gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Cümhuriyyət”ə verilən məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Bakı şəhər sakini Həsən Səmədovun adına Honq Konqdan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada içərisində toz […]

Bakıda sənaye istehsalı azalıb

Bu ilin yanvar-avqust aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalaraq 26,4 mlrd. manat təşkil edib. “APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 80,5%-i mədənçıxarma, 17,5%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su […]

Beyləqanda traktor aşıb

Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, sentyabrın 24-də saat 20 radələrində Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “Belarus” markalı traktoru aşırıb. Nəticədə sərnişini olan həmkəndlisi Sevdim Əkbərov hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Bakıda velosiped yolu salınacaq

“Bakının yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında BNA sədri Vüsal Kərimli deyib. Vüsal Kərimli bildirib ki, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə […]

Dollar sabah neçəyə olacaq?

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların sentyabrın 26-na olan məzənnəsini açıqlayıb. “Cümhuriyyət” xəbər verir ki, 26.09.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara ŞAD XƏBƏR – məsələ öz həllini tapır

“1990-ci illərdən etibarən Türkiyəyə köçüb gedən soydaşlarımızın sənədlərində böyük problem var və onların çoxu demək olar ki, ölkədə sənədsiz yaşayırlar”. Bu sözləri Lent.az-a açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, illərlə yığılıb qalmış problemləri bir günə həll etmək çətindir: “Təbii ki, Türkiyə qardaş dövlət olduğu üçün əksər vaxtlarda buna göz yumur. Ancaq […]

Azərbaycanda daha bir icbari sığorta növü elektronlaşdırılıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırılıb. Bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb. Qeyd edək ki, Büro bununla bağlı əhalinin maarifləndirilməsi üçün animasiya çarxı hazırlayıb.

“Burada bina tikilməsinə icazə vermədim” – Prezident

“Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür”. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı zamanı deyib. “Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat […]

Oqtay Əsədov Adil Əliyevi təltif edib – FOTO

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin bu gün 50 yaşı tamam olur. BakuPost xəbər verir ki, bu münasibətlə Milli Məclisin rəhbərliyi onu təltif edib. Adil Əliyevin bir millət vəkili kimi intizamı, seçildiyi ərazi üzrə sakinlərin böyük rəğbətinin qazandığı xüsusi qeyd olunub, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edilib. Adil Əliyev 1969-cu il sentyabrın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30