Akademik Musiqili Teatr Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək. Sentyabrın 20-də və 22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq. Akademik […]

Vasif Talıbovdan sərəncam: özü-özünü sədr seçdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov NMR Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib: Şuranın sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şuranın üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri […]

“40 dollar Azərbaycan üçün çox təhlükəli rəqəmdir”

Xəbər verdiyimiz kimi, ötən gün Maliyyə Nazirliyi tərəfindən 2020-ci il üçün Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiymətinin 55 ABŞ dollar nəzərdə tutulacağını açıqlayıb. Rusiyanın nüfuzlu iqtisadçısı, keçmiş iqtisadi inkişaf naziri German Qref isə ötən gün neftin 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib.  Bu proqnoz reallaşarsa, Azərbaycana hansı təsirləri ola bilər? Mövzu ilə […]

Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir

Sentyabrın 16-da Bakıda Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası və biznes-forum keçiriləcək. Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı sabah Azərbaycana Türkiyənin Vitse-prezidenti Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti gələcək. Fuad Oktay Türkiyə tərəfdən komissiyanın həmsədridir, Azərbaycan tərəfdən isə Baş Nazir Novruz Məmmədov təyin olunub. İclasda iki ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, […]

“RÜŞVƏT İSTƏYƏN MƏMURLARI GÜLLƏLƏYİN!” – Prezident xalqa müraciət etdi

Öz qeyri-adi və sərt qərarları ilə tanınan Filipin prezidenti Rodriqo Duterte vətəndaşları onlardan rüşvət tələb edən məmurları güllələməyə çağırıb. “AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, prezident özü şəxsən buna icazə verdiyini deyərək, belə məmurları yalnız ayaqlarından güllələməyi məsləhət görüb. Duterte rüşvət istəyən məmuru ayağından güllələyənləri həbs cəzası gözləmədiyini, uzağı müəyyən fiziki cəza alacaqlarını deyib: “Əgər siz […]

Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb

Əfqanıstandakı İŞİD liderlərindən biri, terrorçu qrupa yeni üzvlərin cəlb edilməsi vəzifəsini icra edən Həsən Pəncabi şərqdəki Nanqarhar əyalətinə edilən hava hücumu zamanı öldürülüb. APA-nın “Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb. “Gəncləri terror qruplaşması sıralarına cəlb etməklə, həmçinin sosial şəbəkələrdən istifadə edərək təbliğat materialları yaymaqla məşğul olan Pəncabi […]

“Papanin”dəki metro stansiyası nə vaxt açılacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda növbəti metro stansiyası 2020-ci ildə açıla bilər”. Bu barədə Lent.az -a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, həmin stansiya “Bənövşəyi xətt”in üçüncüsü olacaq. Açılacaqmetroya ad qoyulması isə Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. “Təbii, texniki və digər məsələlər ortaya çıxmasa, gələn ilin axırlarına qədər yeni metro stansiyası açılacaq. Biz də […]

Azərbaycanda cinayət törədən yeniyetmələrin sayı AÇIQLANDI

Azərbaycanda ötən il cinayət törədən 14-17 yaşlı yeniyetmələrin sayı məlum olub. Lent.azDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə həmin yaşlarda 471 uşaq cinayət törədib. 2017-ci ildə onların sayı 486 olub. 2000-ci ildə bu göstərici 573 nəfər təşkil edib. Cinayət törədən yeniyetmələrdən 460-ı oğlan, 11 nəfəri qız olub. Uşaqların 115 nəfərinin yaşı 14-15, 362-nin […]

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb

Rusiyanın Yaroslavl vilayətində  xeyli insanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında Yaroslavl-İvanovo yolunda sərnişin avtobusu yük avtromobili ilə toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 30 nəfər olub. Ölənlər arasında avtobusun və yük avtomobilinin sürücüləri də var. Yaralılar xəstəxanaya yerlıəşdirilib. Hadisənin […]

Gəncədə 2 şəxsi cərəyan vurub, 1-i ölüb, digəri xəstəxanaya yerləşdirilib

Bu gün səhər saat 10.50 radələrində Gəncə şəhəri yaxınlığında “ATEF” Şirkətlər Qrupunun 2 işçisi ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib. “Report”un məlumatına görə, Tatlı stansiyasının hər iki yolunun kontakt şəbəkəsində əsaslı təmir işlərinin aparılması üçün cəlb olunan “ATEF” Şirkətlər qrupunun işçiləri Daşqın Mustafayev və Zaur Həsənov kontakt şəbəkəsində yüksək gərginliyin açılmasını gözləmədən həmin şəbəkənin dayağına çıxaraq işə başlayıb və nəticədə yüksək […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30