Azərbaycanın “Cənub Qaz Dəhlizi” meqa layihəsi başa çatmaq üzrədir

Azərbaycanın “Cənub Qaz Dəhlizi” meqa layihəsi başa çatmaq üzrədir. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, bu layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxındır. O bildirib ki, dünyanın ən […]

İlham Əliyev bir qrup tələbəyə Prezident təqaüdü verilməsi barədə sərəncam imzaladı

Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. “Cümhuriyyət” məlumat verir ki, sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilir: Abbaszadə Yeganə Sərvər qızı Abiyeva […]

Gürcüstan Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən “yerli idaetmə orqanlarına” adlandırılan “seçkiləri” və onların nəticələrini tanımır. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin bəyanatında bildirilib. Gürcütan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bəyanatda qeyd olunub ki, Gürcüstan XİN-nin münaqişənin beynəlxalq […]

Dolların sabahkı məzənnəsi

Mərkəzi Bankdan verilən məlumata görə, 10.09.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il sentyabrın 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

AQTA heyvanların daxili orqanları və dərisini antisanitar şəraitdə emal edən sex aşkarladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində monitorinqləri davam etdirir. Həyata keçirilən monitorinqlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ə. Əliyev küçəsi, ev 307 a ünvanında fəaliyyət göstərən fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçirilib. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, baxış zamanı məlum […]

Qarayara ilə bağlı agentliyin əməkdaşları Sabirabada getdi – RƏSMİ

Sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib […]

Sentyabrın 8-də keçirilən imtahanların nəticələri ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib. DİM-dən “Cümhuriyyət”ə verilən məlumata görə, 9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola […]

Sabah Aşuradır – Nələr olar, nələr yox?

Sabah Azərbaycanda Məhərrəm ayının 10-cu günü – Aşura qeyd olunacaq. Hamını maraqlandıran suallardan biri də odur ki, yenə də məscidlərdə insanlar özlərini döyəcəkmi, başlarını yarıb qan çıxaracaqmı? Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin özü Aşura tədbirlərinə qatılacaqmı? Lent.az-ın bu suallarına QMİ-dən cavab gəldi. Bildirilib ki, QMİ sədri Şeyxülislam sentyabrın 10-da saat 11:00-da […]

Akademik Musiqili Teatrın 110-cu mövsümündə bu tamaşalar nümayiş olunacaq

Bu il 110-cu teatr mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrın yeni repertuarı zəngin olacaq. Open.az Teatrın mətbuat katibi Fəridə Aslanovaya istinadən xəbər verir ki, Akademik Musiqili Teatr mövsümü sentyabrın 20-də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Dahi bəstəkarın ölməz əsəri “O olmasın, bu olsun” musiqili komediyası ilə başlayacaq. Tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşada Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı ilə yanaşı, […]

Gəncədə İstintaq Təcridxanasında intihara cəhd olub

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olub. APA-nın yerli bürosunun məlumatına görə, orada saxlanılan Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Dursunov Sahib Elşən oğlu bizlə qarın nahiyəsinə bir neçə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30