“Qaçqınkom”dan məcburi köçkünlərin müavinətinin artırılaca barədə AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağı haqqında yayılan məlumatlara münasibət bildirib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət […]

Eyyub Hüseynova ağır itki

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun qızı vəfat edib. Lent.az xəbər verir ki, onun Kanadada yaşayan qızı Xumar 44 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib. O, ixtisasca həkim olub. Qeyd edək ki, birlik sədrinin qızı ailəli olub və onun nəşinin Azərbaycana gətirilməsi üçün qardaşı Kanadaya yollanıb. Allah rəhmət etsin!

Mahir Emrelinin evindən oğurluq olub

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub. “Report”un əldə etdiyi məlumata görə, məşhur futbolçunun Sulutəpədə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar. Hadisə ilə […]

Əli Əhmədov: “Azərbaycanda “uşaqpulu verilmir” fikrinin səsləndirilməsi düzgün deyil”

“Azərbaycanda xeyli insan ünvanlı sosial yardım alır. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada “usaqpulu verilmir” fikrini qəbul etmək istəmirəm”. APA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr əksər hallarda həm […]

Zelenski deputat toxunulmazlığını ləğv etdi

Ukrayna prezidenti Vladimir Zelenski yeni qanun imzalayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qanun deputat toxunulmazlığına aiddir. Sənəd 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Təhsil naziri məktəb rəhbərliklərinə XƏBƏRDARLIQ ETDİ

“Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük”. “Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, təhsili yüksək səviyyədə təşkil edə bilməyən məktəblər də var: “Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar […]

“İnanmırdım ki, bu xəsarətlə ölər” – 24 yaşlı oğlanı bıçaqlayan şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda gənc oğlanın ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş şəxsin anası bildirib ki, oğlu xəsarət alandan sonra vaxtında xəstəxanaya çatdırılmayıb: “Yanında olan dostları oğlumu saatlarla Sumqayıtda gəzdirib, sonra Bakıya xəstəxanaya gətiriblər. Xəstəxanaya çatandan […]

İki maşın toqquşdu, bir ailənin 5 üzvü xəsarət aldı

Bu gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi görə,  Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub. Qəzada xəsarət alan Siyəzən rayon sakinləri – 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, […]

Adil İsmayılovdan şikayət edən vəkil bəyanat yaydı

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Adil İsmayılovun fəaliyyəti 1 il müddətinə dayandırılıb. Rəyasət Heyəti bir başqa vəkil Sahil Quliyevin şikayəti əsasında belə bir qərar verib. S.Quliyev bu gün bunla bağlı bəyanat yayıb. Vəkilin “AzPolitika”ya daxil olan bəyanatında bildirilir: “Vəkil Adil İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni […]

Dünya çempionu 6 ildən sonra özünə gəldi

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer özünə gəlib. APA-nın məlumatına görə, 2013-cü il dekabrın 29-da bədbəxt hadisə ilə üzləşdikdən sonra komada olan almaniyalının huşu geri qayıdıb. Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb. Qeyd edək ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30