“Boş-boş danışmaq onlara qalacaq” – Zakir Həsənov

“Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir”. “AzPolitika.info”-nun məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan geniş müsahibəsində Paşinyanın sərsəm bəyanatları ilə bağlı suala cavabında deyib. Nazir Qarabağın işğaldan azad edilməsi üçün yaxın vaxtlarda müharibənin başlaya biləcəyini bəyan edib: “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu […]

Azərbaycan hərbçiləri Almaniyada keçirilən təlimdə tapşırıqları icra ediblər

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Təlimdə iştirak edən Azərbaycanın hərbi qulluqçuları müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin […]

Qaxda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri – 2003-cü il təvəllüdlü Taleh Elman oğlu Süleymanov, 1996-cı il təvəllüdlü Məhəmməd Vüqar Oğlu Abdullayev, 1987-ci il təvəllüdlü Səidə Kəmal qızı Nəzirova, 2002-ci il təvəllüdlü Bəhlul Vahid qızı İbrahimli və 2002-ci […]

Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

“Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. O qeyd edib ki, ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanması məqsədəuyğun hesab edilib: “Bununla bağlı müzakirələr aparılır. Hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanması istiqamətində iş […]

MTN-in dövlətə xəyanətdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi başlayıb

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin dövlətə xəyanətdə təqsirləndirilən sabiq şöbə rəisi Zakir İsmayılov və onunla birgə ittiham olunan Nəzakət İsmayılovanın barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 25-ə təyin edilib. Qeyd edək ki, […]

Lisenziyalar və icazələr verən orqanların səlahiyyəti artırılır

Lisenziyalar və icazələr verən orqanların səlahiyyəti artırılır. APA-nın məlumatına görə, bu məqsədlə “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, lisenziya və icazə verən orqanların səlahiyyətləri sırasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar və icazələr ilə bağlı qanunda göstərilən məlumatları reyestrdə qeydə alındığı […]

Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin olunub

Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb. A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta […]

Prezident xanım naziri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib. Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu. Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi […]

Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6 205,02 ABŞ dolları olan 966,7 ton çay ixrac edib. “APA-Economics”in Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında Azərbaycandan xaricə ixrac edilən çayın dəyəri 3,3%, həcmi isə 9,1% artıb. Qeyd […]

Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

Bu gün Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə sabiq prezidenti həbsdə saxlayıb. Qeyd edək ki, sentyabrın 7-də R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət ediblər. Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30