Paşinyanla təhlükəsizlik şefinin davası qızışır – “O, bu cür getməli deyildi…”

Ermənistan baş nazirinin müavini Tiqran Avenyan ölkənin sentyabrın 16-da vəzifəsindən istefa verən sabiq təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın son açıqlamalarına münasibət bnildirib.  “AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatına danışan T.Avenyan sabiq təhlükəsizlik şefinin hərəkətlərinin nəinki zabitə, heç sıravi əsgərə də yaraşmadığını bildirib. Xatırladaq ki, vəzifəsindən öz ərizəsi ilə istefa verən Vanetsyan Paşinyanı dolayısı ilə səriştəsizlikdə və […]

Vurğun Əyyubla vida mərasimi başlayıb – FOTOLENT

Vurğun Əyyubun yaşadığı həyətdə yas mərasimi başlayıb. Lent.az məlumat verir ki, yas mərasiminə gələnlər arasında sabiq təhsil naziri Firudin Cəlilov, sabiq ədliyyə naziri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı,Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı, millət vəkili Fazil Qəzənfəroğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzi (MSDM) sədri İsa Qəmbər, […]

Yevlaxdakı ağır yol qəzası – Tanınmış xanəndələrin bacısı əri ölüb,

Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır.  “Report”un əldə etdiyi məlumata görə, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir […]

Azərbaycanda mütəxəssislər 118 ixtira edib

Bu il Azərbaycanda 138 ixtira və faydalı modelə patent verilib. Əqli Mülkiyyət Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu il ərzində quruma 118 ixtira və 33 faydalı model üzrə (iddia sənədləri) müraciətlər daxil olub. Həmin müraciətlərin 138-nə müsbət, 4-nə isə imtina cavabı verilib. Qeyd olunub ki, 57 müraciət kimya üzrə, 54 müraciət qurğu-mexanika üzrə, […]

“Pinqvin” torbalar ləğv edilir: əvəzində NƏ OLACAQ?

“Yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyində hazırlanan təkliflər razılaşdırma mərhələsindədir”. Bu sözləri bir neçə gün əvvəl mediaya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. O bildirib ki, çox yüngül (“pinqvin”) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib: “Belə polietilen torbaların […]

Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur. Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi dövriyyənin 11,85%-ə bərabər […]

“MTN işi”: “Lənkəranlı olduğum üçün Rövşən Lənkəranskinin dəstəsinin üzvü olduğumu dedilər”

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tural İsgəndərli ifadə verib. O bildirib ki, MTN-in Xəzər rayon İdarəsinin rəisi Rafiq Səfərov ondan 10 min dollar və 500 manat pul […]

“Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər” – Peskov

“Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüşəcəklər”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə […]

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. Nazirin digər əmri ilə 28-ci PB-nin keçmiş […]

Qarabağ qazilərinə verilən maşınların sayı AÇIQLANIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib. Nazirlikdən “Cümhuriyyət”ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib: “Dövlət başçısının sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, bu ildə Əmək və Əhalinin Sosial […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30