Gecə reyslərinin bərpası: TƏHLÜKƏLƏR QALIBMI?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib. Qeyd edək ki, 2010-cu il may ayının 6-dan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən […]

Somalidə Türkiyə Maarif Vəqfinin avtomobilinə silahlı hücum olub

Somalidə Türkiyə Maarif Vəqfinə aid avtomobilə silahlı hücum olub. APA-nın Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Somalinin paytaxtı Moqadişoda baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

İstanbulda yenidən zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində yenidən zəlzələ baş verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ ölkə saatı ilə 14:00-da (yerli vaxtla 15:00) baş verib.Zəlzələdən sonra telefon xətlərində problemlər yaranıb. Qeyd edək ki, Kandilli Rəsədxanası zəlzələnin 5.7 bal gücündə olduğunu bildirib. Xatırladaq ki, sentyabrın 24-də də İstanbulda iki dəfə zəlzələ baş vermişdi. Belə ki, ilk zəlzələ […]

Rafael Cəbrayılovun məsələsinə mütləq baxılacaq – Katibdən açıqlama

“Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”. Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib. “Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”-deyə katib […]

Qayınana böyrəyini kürəkəninə bağışladı

Qayınana böyrəyini kürəkəninə bağışlayıb. “Cümhuriyyət” məlumat verir ki, uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib. 54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb. “Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu […]

Kreml Lukaşenkonun Donbasla bağlı təklifinə münasibət bildirib

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Donbassa sülhməramlılar yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Belarus Prezidentinin təklifini Ukraynanın cənub-şərqindəki münaqişə tərəfləri, Kiyev və tanınmamış respublikalar özləri qiymətləndirməlidirlər. “Bu, yeni təklifdir. Sözsüz ki, ilk növbədə münaqişə tərəflərinin bu cür təklifə münasibətlərini anlamaq lazımdır. […]

DGK avtomobil təmiri üçün “İdeal Motors”a 266 min manat ödəyəcək

Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin avtomobillərin təmiri, onlara ehtiyyat hissələrinin və sürtgü materiallarının alınması və dəyişdirilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsi məlum olub. “Report” xəbər verir ki, tenderin qalibi “İdeal Motors” MMC olub. Qalib şirkətə 265 683 manat ödəniləcək.

Ağac qaz xəttinin üzərinə aşdı: 500 abonent…

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.  Bu barədə “Cümhuriyyət”ə “Azəriqaz” İB-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın […]

Jak Şirak vəfat edib

Fransanın sabiq prezidenti Jak Şirak 87 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb. Qeyd edək ki, J.Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub. Xatırladaq ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Jak Şirak Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə “Heydər Əliyev” […]

Fədayə Laçının məhkəməsi 12-ci dəfə təxirə düşüb

Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb. APA-nın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə məhkumlar qeyri-müəyyən səbəbdən gətirilməyib. Buna görə də proses sentyabrın 30-dək təxirə salınıb. Xatırladaq ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30