VHP sədrindən Xamneyiyə etiraz: İran reallığl qəbul edə bilmir

Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib. “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”,- deyə Əli Xamneyi yazıb. İran rəsmilərinin bu açıqlaması rəsmi […]

DSK üzvü həbs edilib

82 saylı dairə seçki komissiyasının (DSK) üzvü həbs edilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Həbs edilən Aydın Bəşir oğlu Quliyev DSK üzvlüyündən kənarlaşdırılıb, onun əvəzinə yeni üzv seçilib.

Ərdoğan Rusiyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya gedəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Səfər zamanı Ərdoğan Soçidə Rusiya lideri Vladimir Putinlə görüşəcək.

MSK-da yeni struktur YARADILIR

Mərkəzi Seçki Komissiyası (MSK) mətbuatla əlaqələrin daha yaxşı həyata keçirilməsi ilə əlaqədar işçi qrupu yaradır. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov təklif səsləndirib. Sədr müavini kommunikasiya məsələlərinin həlli ilə bağlı yeni strukturun yaradılmasının lazım olduğunu söyləyib. O, həmçinin bildirib ki, komissiyanın 35 minə […]

Tələbələrin Ukraynadan köçürülməsindəki əsas problemlər

Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi zamanı yaranan problemlər əsasən sənədlərlə bağlıdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli bildirib. N.Əsədli qeyd edib ki, müraciət edən tələbələrin bir çoxu mövcud vəziyyətlə əlaqədar sənədləri əldə edə bilmirlər: “Bizim mövqeyimiz ondan ibarətdir ki, tələbələr son sənəd gününə, son ekspertiza gününə […]

Həbsdə olan generalın əmlakı müsadirə olunacaq

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin əmlaklarının dövlət nəfinə müsadirə olunması istənilib. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxışında bildirib. Prokuror MTN generalının dəyəri 9 milyon manatdan artıq olan əmlaklarının müsadirə edilməsini xahiş edib. Həmin siyahıya M.Şıxəliyevin adına […]

Tramp prezidentliyə namizəd olsa, 103 milyon itirəcək

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp prezidentliyə namizədlik olmaq qərarına gələrsə, 103 milyon dollara nəzarəti itirəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilib ki, Tramp 103 milyonluq vəsaiti seçkidən sonra yaradılan “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsinin rəhbəri kimi idarə edir. ABŞ qanunlarına əsasən, seçkilərə qatılan kimi bu məbləğ onun üçün […]

Sənəd qəbulu iyulun 31-dək davam edəcək

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Sənəd qəbulu iyulun 31-dək davam edəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması şöbəsinin direktoru […]

832 yeni seçki məntəqəsi yaradıldı

Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci ilin yanvar ayının əvvəlindən may ayının sonuna qədər seçici siyahılarını dəqiqləşdirib. Cumhuriyyet.az xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, məntəqələr üzrə seçici sayında artım var. “Seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər. Seçici […]

3 medallı qaziyə ev düşmür! – Başçının müavini

“Bütün qazilərimizdən, onların yaşayış səviyyəsindən xəbərimiz var, qaldı ki, o sosial şəbəkələrdə olan görüntülərə, deyə bilərik ki, qazimiz Məlik Məlikov hazırda Bakıda yaşayır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib. F.Sadıqova deyib ki, qazi Məlik Məlikov ev istəyir: “O evlər əllilliyi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031