“Xalqımız oliqarxların davasında iştirak etməməlidir” – Sərdar Cəlaloğlu

Son günlər hakimiyyət düşərgəsində fəallaşma açıq hiss olunur. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazir və məmurları ağır cinayətdə ittiham etməsi, onları işlədikləri dövrdə milyardlar mənimsəməkdə, indi isə kənarda səssiz durmaqda və hətta xaricdə Azərbayana qarşı işləyən qrupları maliyyələşdirməkdə ittiham etməsi təsadüfi görünmür. Onun ardınca məşhur “91”lərdən olan parlamentin komitə sədri Eldar İbrahimovun müxalifətdən hakimiyyət […]

“Bir ölkə sakini ərzaq məhsullarına hər ay 154,5 manat xərcləyib”

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 mlrd. manata bərabər olub. “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 12,2 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri […]

Sabah hava necə olacaq? – PROQNOZ

Sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bu barədə “Cümhuriyyət”ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə […]

Yataqxanada yanğın – 50 ailə təxliyə edilib

Göyçay rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 11:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində, Göyçay Peşə Liseyinin yataqxanasında baş verib. Yanğın beşmərtəbəli binanın 2, 3, 4 və 5-ci mərtəbələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən […]

Elina Hacıyevanın intihar işinə xitam verilib

Elina Hacıyevanın intihar işinə xitam verilib. Bu barədə APA-ya E.Hacıyevanın ailəsinin hüquqi nümayəndələri Emin İsayev və Sevinc Əliyeva məlumat verib. Onların sözlərinə görə,hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan istintaq bu işə xitam verib. İstintaq Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan […]

Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər

Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın üç, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştitak edir. Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. […]

Azərbaycan Yazıçılar Birliyində sədr müavini postu ləğv ediləcək

“Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur”. Bunu APA-ya AYB-nin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib. “Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov vəfat edəndən sonra belə qərara gəldik ki, AYB sədrinin müavini postu ləğv edilsin”, – Ç. Abdullayev vurğulayıb. O AYB-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin təşkilatın tərkibindəki Bədii […]

Qarayaraya yoluxanlarla bağlı YENİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Lent.az-a açıqlama verən Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev deyib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir: “Əvvəllər qarayara ilə bağlı təcrübəmiz yox idi, ancaq […]

Siyəzəndə 17 yaşlı oğlan iki aydır itkin düşüb

Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev bu il iyulun 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi […]

Uşaq pulu bərpa edilməyəcək – Nazir müşaviri nöqtə qoydu

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli son zamanlar sosial şəbəkələrdə müzakirə olunan uşaq müavinətlərinin bərpa olunub-olunmamayacağı müzakirələrinə münasibət bildirib. “Report”un xəbərinə görə, müşavir bildirib ki, Azərbaycanın sosial müdafiə sistemi özündə aşağıdakı istiqamətləri ehtiva edir: Əmək pensiyası / Müavinətlər / Təqaüdlər / Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) / Reabilitasiya / Sosial xidmətlər / […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30